--:--:-- | 05 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Könüllü tibbi sığorta yığımları azalıb

Aysel Əlibəyli 24 Sentyabr 2026 · 14:35 1058 baxış

Yanvar-avqust aylarında sığorta şirkətləri 96,1 milyon manat sığorta haqqı toplayıb

Elpress.az xəbər verir ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü tibbi sığorta üzrə sığorta şirkətlərinin topladığı haqların həcmi 96,1 milyon manat təşkil edib.Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz azdır. 2025-ci ilin ilk səkkiz ayında könüllü tibbi sığorta üzrə 101,4 milyon manat sığorta haqqı toplanmışdı.Hesabat dövründə tibbi sığorta üzrə həyata keçirilən ödənişlərin həcmi isə 63,6 milyon manata çatıb. Bu, illik müqayisədə 8,1 faiz çoxdur. Ötən ilin yanvar-avqust aylarında ödənişlərin həcmi 58,8 milyon manat olub.Ödənişlərin artması fonunda könüllü tibbi sığorta üzrə zərərlilik göstəricisi də yüksəlib. Belə ki, 2025-ci ilin ilk səkkiz ayında şirkətlər topladıqları hər 100 manat sığorta haqqının 58,1 manatını ödənişlərə yönəldirdisə, 2026-cı ilin eyni dövründə bu göstərici 66,2 manata yüksəlib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ermənistanda hərbçi partlayışda ölüb

Next Article

Yevlaxda qətldə təqsirləndirilən 6 qohuma hökm oxunub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Mingəçevirdə 198 min litr qeydiyyatsız pivə aşkarlandı

Aysel Əlibəyli 09 İyul 2026 · 15:09 1148 baxış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin keçirdiyi nəzarət tədbirləri zamanı Mingəçevirdə qeydiyyatsız pivə istehsalı faktı aşkarlanıb. Elpress.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin Aksizli […]

ARDNF Çin-ASEAN Birgə İnvestisiya Şurasını yaradıb

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 15:23 1044 baxış Azərbaycan Dövlət Neft Fondu aparıcı suveren investorlarla yeni investisiya platforması təsis edib Elpress.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bir sıra aparıcı suveren […]

Qazın qiyməti endi

Aysel Əlibəyli 27 İyul 2026 · 12:11 1080 baxış Dünya bazarında təbii qazın qiymətində cüzi eniş qeydə alınıb Elpress.az xəbər verir ki, Dünya bazarında təbii qazın qiyməti cüzi ucuzlaşıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında 2026-cı ilin […]