--:--:-- | 12 Sentyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Bakı Enerji Həftəsi çərçivəsində yaşıl enerji gündəliyi xüsusilə diqqət mərkəzində yer alıb və böyük maraq doğurub.

Aysel Əlibəyli 03 İyun 2026 · 18:47 1102 baxış

Bakı Enerji Həftəsi enerji sektorunun müxtəlif nümayəndələrini bir araya gətirən, yeni ideyaların irəli sürüldüyü, beynəlxalq əməkdaşlıqların formalaşdığı və gələcək enerji strategiyalarının müzakirə olunduğu nüfuzlu platforma kimi çıxış edir. Həyata keçirilən məqsədyönlü enerji siyasəti Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirərək ölkəmizi qlobal enerji təhlükəsizliyində önəmli aktorlardan birinə çevirib.

Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Könül Nurullayeva bildirib ki, uzun illər ərzində həyata keçirilən uzaqgörən enerji strategiyası Azərbaycanın iqtisadi və siyasi inkişafının əsas dayaqlarından birinə çevrilib. Neft və qaz layihələri hesabına əldə olunan gəlirlər sosial rifahın yaxşılaşdırılmasına, müasir infrastrukturun qurulmasına, təhsil və səhiyyənin inkişafına, eləcə də müdafiə potensialının gücləndirilməsinə yönəldilib. Bu gün əldə edilən nəticələr enerji gəlirlərinin səmərəli və məqsədyönlü idarə olunmasının aydın göstəricisi kimi qiymətləndirilir.Deputat qeyd edib ki, Azərbaycanın enerji sahəsində uğurlarının əsasında yalnız zəngin təbii resurslar deyil, həm də balanslaşdırılmış və praqmatik xarici siyasət dayanır. Dənizə birbaşa çıxışı olmayan ölkə kimi Azərbaycan enerji resurslarının beynəlxalq bazarlara çıxarılması üçün geniş regional əməkdaşlıq şəbəkəsi formalaşdırıb və bu gün Avropa, Türkiyə, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında mühüm əməkdaşlıq körpüsü rolunu oynayır.O, həmçinin vurğulayıb ki, Bakı Enerji Həftəsi çərçivəsində diqqət çəkən əsas istiqamətlərdən biri yaşıl enerji gündəliyidir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, ənənəvi enerji resurslarının böyük potensialına baxmayaraq, Azərbaycan bərpaolunan enerji mənbələrinin inkişafını strateji prioritet elan edib. Son illərdə Günəş və külək enerjisi üzrə mühüm layihələr həyata keçirilib, yeni investisiyalar cəlb olunub. Planlara əsasən, gələn ilin sonunadək bu sahədə istehsal gücünün 2 giqavata, 2032-ci ilə qədər isə 8 giqavata çatdırılması nəzərdə tutulur. Qarabağ və Şərqi Zəngəzurda hidroenerji potensialının reallaşdırılması da bu strategiyanın əsas istiqamətlərindən biri kimi göstərilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Britaniya helikopterin qəzaya uğraması

Next Article

Əli Hacıdan düşündürən yeni şeir: “Ruhuma düşməndi bədən”

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Yeni qayda ilə maaş sistemi: bu şəxslərə ödəniş dəyişir

Aysel Əlibəyli 06 İyun 2026 · 14:18 1156 baxış Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılmış maliyyə vəsaitlərinin istifadəsi ilə bağlı yeni qaydalar rəsmi şəkildə təsdiqlənib. Elpress.az-ın Milli.az-a istinadən […]

AMB iyulun 13-nə valyuta məzənnələrini açıqladı

Aysel Əlibəyli 13 İyul 2026 · 10:54 1056 baxış Azərbaycan Mərkəzi Bankı iyulun 13-də qüvvədə olacaq rəsmi valyuta məzənnələrini elan edib. Elpress.az xəbər verir ki , Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 13-nə olan rəsmi valyuta […]

Xəzər və Qara dəniz limanları əməkdaşlığı artırır

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 14:54 1010 baxış Bakı, Aktau, Kurık, Türkmənbaşı, Poti və Batumi limanlarının rəhbərləri görüşüb Elpress.az xəbər verir ki, Bakı Beynəlxalq Dəniz Limanının təşkilatçılığı ilə CICA Liman Rəhbərləri Konfransı çərçivəsində Xəzər […]