--:--:-- | 06 Noyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

20 Ballıq Cərimə Həddi Artırılır?

Aysel Əlibəyli 02 İyun 2026 · 11:11 1210 baxış

Sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı müəyyən edilmiş 20 ballıq limitə yenidən baxılması ehtimalı gündəmə gətirilib və bu məsələ müzakirə mərhələsindədir.

Sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hazırda qüvvədə olan 20 ballıq limitə yenidən baxılması məsələsi gündəmə gətirilib və bu istiqamətdə Milli Məclisə qanun layihəsi təqdim olunub. Məlumatlara görə, son günlər sürücülərə tətbiq edilən cərimələr və cərimə balları geniş ictimai müzakirələrə səbəb olub, xüsusilə 20 ballıq həddin bəzi sürücülər üçün ciddi çətinliklər yaratdığı vurğulanır. Ekspertlərin fikrincə, mövcud mexanizm yenidən qiymətləndirilə bilər.Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı bildirib ki, son dövrlərdə cərimə balları ilə bağlı sürücülər arasında narahatlıq və narazılıq artıb. Onun sözlərinə görə, bunun əsas səbəbi son illərdə dayanma və durma qaydalarının bəzi pozuntularına görə təkcə cərimə deyil, eyni zamanda cərimə balının da tətbiq edilməsidir. O, xüsusilə səkilərdə park etmə, piyada keçidinə yaxın dayanma, avtobus zolağının pozulması və ikinci cərgədə dayanma kimi hallara görə 2 bala qədər əlavə edilməsini qeyd edib.Ekspert hesab edir ki, dayanma və durma qaydalarının pozulmasına görə tətbiq olunan bal sistemi yenidən nəzərdən keçirilməlidir. Onun fikrincə, bəzi pozuntulardan cərimə ballarının çıxarılması, eyni zamanda 20 ballıq məhrumiyyət həddinin 25–30 bala qədər artırılması daha məqsədəuyğun ola bilər.E.Muradlı həmçinin qeyd edib ki, bu istiqamətdə təkliflər artıq aidiyyəti qurumlar tərəfindən hazırlanaraq Milli Məclisə təqdim olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

ABŞ-dən Afrikada diplomatik ixtisar qərarı

Next Article

18 aptekdə nöqsan – inzibati protokollar tərtib edilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Könüllü tibbi sığorta yığımları azalıb

Aysel Əlibəyli 24 Sentyabr 2026 · 14:35 1098 baxış Yanvar-avqust aylarında sığorta şirkətləri 96,1 milyon manat sığorta haqqı toplayıb Elpress.az xəbər verir ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü tibbi sığorta üzrə sığorta şirkətlərinin topladığı […]

ABŞ bankları süni intellekt agentlərinə məhdudiyyət qoyur

Aysel Əlibəyli 22 Oktyabr 2026 · 22:07 1094 baxış ABŞ-ın aparıcı maliyyə qurumları süni intellekt agentlərinin müştəri hesabları üzərindən icazəsiz əməliyyatlar aparması riskinə qarşı yeni təhlükəsizlik tədbirləri görür. Elpress.az xəbər verir ki, “Axios” portalının məlumatına […]

Nazir müavini: Azərbaycan regional əlaqələr üçün platformadır

Aysel Əlibəyli 25 Sentyabr 2026 · 14:07 1094 baxış Elnur Məmmədov: Azərbaycanın nəqliyyat və rəqəmsal infrastrukturu yeni investisiya imkanları yaradır Elpress.az xəbər verir ki, Azərbaycanın nəqliyyat, enerji və rəqəmsal infrastrukturu ölkənin daha geniş regionla iqtisadi […]

OpenAI Azərbaycanda vergi uçotuna alınıb

Aysel Əlibəyli 27 Avqust 2026 · 15:43 1100 baxış OpenAI ilə yanaşı, daha iki beynəlxalq rəqəmsal xidmət şirkəti Azərbaycanda ƏDV qeydiyyatına alınıb Elpress.az xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq rəqəmsal xidmət təchizatçılarının vergi uçotuna […]