--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Rusiyadan Azərbaycana 1 milyon rubldan çox nağd pul çıxarmaq qadağan edilib

Aysel Əlibəyli 29 Sentyabr 2026 · 14:39 1064 baxış

Yeni məhdudiyyət fiziki şəxslərlə yanaşı hüquqi şəxslər və fərdi sahibkarlara da şamil olunur

Elpress.az xəbər verir ki, Rusiyadan Azərbaycana 1 milyon rubldan artıq nağd Rusiya valyutasının çıxarılmasına məhdudiyyət qoyulub.Yeni qaydaya əsasən, fiziki şəxslər Rusiyadan Avrasiya İqtisadi İttifaqına üzv ölkələrlə yanaşı, Azərbaycan, Tacikistan və Özbəkistana 1 milyon rubldan çox nağd vəsait apara bilməzlər.Məhdudiyyətlərin hüquqi şəxslərə və fərdi sahibkarlara məbləğindən asılı olmayaraq tətbiq ediləcəyi bildirilib. Sənəddə müəyyən istisnalar da nəzərdə tutulub.Qeyd edək ki, bundan əvvəl fiziki şəxslərin Rusiyadan nağd rubl çıxarması üçün limit 100 min ABŞ dolları ekvivalentində müəyyən edilmişdi. Azərbaycan, Tacikistan və Özbəkistan isə həmin məhdudiyyətlərə daxil deyildi. Yeni qərarla bu ölkələr də məhdudiyyətin əhatə dairəsinə salınıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Lavrov və Sobyanin deputat mandatlarından imtina ediblər

Next Article

FHN və DSX Sahil Mühafizəsində birgə təlim keçirib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Türkiyə sənaye planlarını Zəngəzur dəhlizinə uyğunlaşdırır

Aysel Əlibəyli 07 Oktyabr 2026 · 21:43 1038 baxış Türkiyədə qarşıdakı dövr üçün sənaye siyasətinin formalaşdırılmasında regional nəqliyyat marşrutları da nəzərə alınır. Yeni sənaye zonalarının yerləşdirilməsi və istehsal gücünün bölüşdürülməsi planlarında Zəngəzur dəhlizi əsas istiqamətlərdən […]

Türkiyə AI sahəsində növbəti mərhələyə keçir

Aysel Əlibəyli 13 İyun 2026 · 16:54 1114 baxış Türkiyə “Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı”nı təqdim edib. Elpress.az xəbər verir ki, İstanbulda keçirilən Süni İntellekt Zirvəsində açıqlanan sənəd ölkənin bu sahədə qarşıdakı […]

Azərbaycan nefti 109 dolları keçdi

Aysel Əlibəyli 24 İyul 2026 · 12:06 1076 baxış “Azeri Light” markalı Azərbaycan neftinin qiyməti 109 dolları ötüb Elpress.az xəbər verir ki, Dünya bazarında neftin qiymətində kəskin artım qeydə alınıb. “Azeri Light” markalı Azərbaycan neftinin […]