--:--:-- | 04 Noyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Azeri Light neftinin qiyməti artdı

Elşən 22 May 2026 · 09:19 1148 baxış

Azeri Light neftinin İtaliyanın Auqusta limanı üzərindən CIF şərtləri ilə satış qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,82 ABŞ dolları (1,62 faiz) yüksələrək bir barel üçün 114,14 dollara çatıb.

Elpress.az-ın məlumatına görə, Türkiyənin Ceyhan limanı üzrə FOB bazasında satılan Azeri Light neftinin bir bareli 1,85 dollar və ya 1,68 faiz bahalaşaraq 111,82 ABŞ dolları təşkil edib.

Eyni zamanda, URALS markalı neftin qiymətində də artım qeydə alınıb. Belə ki, bu markanın bir bareli əvvəlki qiymətlə müqayisədə 1,49 dollar (1,69 faiz) bahalaşaraq 89,52 dollara yüksəlib.

Şimal dənizində hasil olunan Dated Brent neftinin dəyəri də artaraq bir barel üçün 111,71 ABŞ dollarına çatıb. Bu göstərici əvvəlki qiymətdən 1,88 dollar və ya 1,71 faiz çoxdur.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta ixrac qiyməti bir barel üçün 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Əl Nəsr” ulduzu fərqli liqalarda kubok hədəfində

Next Article

Həcc ziyarəti üçün son zəvvar qrupu Məkkəyə çatdı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakıda torpaq qiymətləri bir ayda 17,9 faiz artıb

Aysel Əlibəyli 03 Noyabr 2026 · 21:30 1034 baxış Paytaxtın daşınmaz əmlak bazarında torpaq sahələrinin qiymətində oktyabr ayı ərzində nəzərəçarpacaq bahalaşma qeydə alınıb. Elpress.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) məlumatına görə, Bakı üzrə […]

İlham Əliyev “Brookfield Asset Management” rəhbəri ilə görüşdü

Aysel Əlibəyli 25 Sentyabr 2026 · 19:43 1102 baxış Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyanın aparıcı investisiya şirkətlərindən biri olan “Brookfield Asset Management”in baş icraçı direktoru Konnor Teski ilə görüş keçirib. Elpress.az xəbər verir ki, […]