“Vahid Rusiya”dan seçilən daha iki namizəd də Dövlət Dumasında fəaliyyət göstərməyəcək
Elpress.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Moskva meri Sergey Sobyanin Dövlət Dumasında deputat mandatlarından imtina ediblər.Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, parlament seçkilərində “Vahid Rusiya” Partiyasının namizədlər siyahısına rəhbərlik edən Lavrov və Sobyaninlə yanaşı, Anna Lvova-Belova və hərbi jurnalist Yevgeni Poddubnıy da deputat mandatlarından imtina edib.Bununla həmin şəxslər yeni çağırış Dövlət Dumasında deputat kimi fəaliyyət göstərməyəcəklər.


