Təlim zamanı şərti yanğına müdaxilə və xilasetmə əməliyyatları həyata keçirilib
Elpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri ilə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin birgə iştirakı ilə təlim təşkil olunub.Sahil Mühafizəsində keçirilən tədbirə hər iki qurumun müvafiq şəxsi heyəti və texnikası cəlb edilib. Təlimin əsas məqsədi əməkdaşların fövqəladə hallar, xüsusilə yanğın zamanı düzgün davranış və təxliyə qaydaları üzrə hazırlığını artırmaq, həmçinin yanğından mühafizə və xilasetmə bölmələrinin fəaliyyətini təkmilləşdirmək olub.Tədbirin nəzəri hissəsində fövqəladə hallar zamanı təhlükəsizlik tədbirləri barədə məlumat verilib, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları praktiki şəkildə nümayiş etdirilib.Praktiki mərhələdə şərti yanğınla bağlı “Həyəcan” siqnalı verilib. Sahil Mühafizəsinin əməkdaşları alova ilkin müdaxilə edib, FHN-in yanğından mühafizə bölmələri isə hadisə yerinə operativ şəkildə gələrək şərti zərərçəkmişlərin təxliyəsi, ərazidə kəşfiyyatın aparılması və yanğının söndürülməsi üzrə tədbirlər həyata keçirib.Təlimin yekununda nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib və yanğın təhlükəsizliyinə məsul şəxslərə maarifləndirici materiallar təqdim edilib.


