--:--:-- | 04 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

İran və Tacikistan enerji müqaviləsi imzalayacaq

Aysel Əlibəyli 15 Avqust 2026 · 17:52 1050 baxış

Tehran və Düşənbə arasında yanacaq və xam neft tədarükünü əhatə edən uzunmüddətli saziş hazırlanır

Elpress.az xəbər verir ki, İran və Tacikistan enerji sektorunda uzunmüddətli əməkdaşlığı nəzərdə tutan yeni müqavilə imzalamağa hazırlaşır.İranın neft naziri Möhsün Paknejad Tacikistanın energetika və su ehtiyatları naziri Cümə Dəlyer ilə görüşdən sonra bildirib ki, iki ölkə arasında hazırlanacaq uzunmüddətli sazişin əsas çərçivəsi artıq razılaşdırılıb.Onun sözlərinə görə, son iki il ərzində aparılan danışıqlarda əsas diqqət İranın neft məhsullarının Tacikistana ixrac imkanlarına yönəlib. Əməkdaşlığın Tacikistanın enerji təminatında mövcud çətinliklərin müəyyən hissəsinin aradan qaldırılmasına töhfə verməsi gözlənilir.Paknejad qeyd edib ki, müqavilənin texniki və logistika məsələlərini dəqiqləşdirmək məqsədilə ekspertlərdən ibarət işçi qrup yaradılacaq. Saziş çərçivəsində Tacikistanın yanacaq ehtiyaclarının qarşılanması ilə yanaşı, ölkədəki neft emalı müəssisələri üçün xam neft tədarükünün də təmin edilməsi planlaşdırılır.İranlı nazir iki ölkə arasında daha əvvəl əldə olunan razılaşmaların əksəriyyətinin icra mərhələsində olduğunu və əməkdaşlığın praktiki müstəviyə keçdiyini vurğulayıb.Paknejad əlavə edib ki, yeni saziş qlobal enerji böhranının davam etdiyi bir şəraitdə Tacikistanın yanacaq təminatı ilə bağlı problemlərinin həllinə kömək göstərə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

BƏƏ İrandan Hörmüz boğazını açmağı tələb edib

Next Article

Tovuzda faciəvi qəza: 25 yaşlı sürücü öldü

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Dünya neft bazarında eniş dalğası

Aysel Əlibəyli 13 İyun 2026 · 09:50 1106 baxış Londonun ICE birjasında aparılan ticarət əməliyyatları zamanı “Brent” markalı neft üzrə 2026-cı ilin avqust ayı üçün fyuçers müqavilələrinin qiyməti 3,37 faiz azalaraq bir barel üçün 87,33 […]

Xəzər və Qara dəniz limanları əməkdaşlığı artırır

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 14:54 1042 baxış Bakı, Aktau, Kurık, Türkmənbaşı, Poti və Batumi limanlarının rəhbərləri görüşüb Elpress.az xəbər verir ki, Bakı Beynəlxalq Dəniz Limanının təşkilatçılığı ilə CICA Liman Rəhbərləri Konfransı çərçivəsində Xəzər […]