--:--:-- | 29 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Qiymətli Metalların Qiyməti Aşağı Düşdü

Elşən 24 Aprel 2026 · 09:56 1154 baxış

Dünya əmtəə bazarlarında qiymətli metalların qiymətində azalma müşahidə olunub.

Elpress.az-ın APA-ya istinadən verdiyi məlumata görə, COMEX birjasında qızılın iyun fyuçersləri 0,71% (33,60 dollar) enərək 4 690,40 dollara düşüb. Spot bazarda da qızılın dəyəri 0,43% (20,05 dollar) azalaraq 4 674,09 dollar səviyyəsində qərarlaşıb.

Gümüşün iyul fyuçersləri 0,72% (0,55 dollar) ucuzlaşaraq 75,51 dollar olub. Mis daha kəskin geriləyərək 1,38% (8,50 dollar) azalaraq 605,75 dollara enib. Platin də ucuzlaşan metallar sırasına daxil olub və 0,82% (16,56 dollar) düşərək 1 994,72 dollara qədər geriləyib.

Mütəxəssislər hesab edirlər ki, qiymətli metallardakı bu eniş əsasən ABŞ dollarının möhkəmlənməsi və investorların riskə münasibətindəki dəyişikliklərlə əlaqədardır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Aİ ASCO Gəmilərinə Tətbiq Olunan Sanksiyaları Ləğv Etdi

Next Article

“Azeri Light” Nefti Ucuzlaşdı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Mərkəzi Bank 6 ayda 757 milyon dollar satıb

Aysel Əlibəyli 31 İyul 2026 · 11:53 1068 baxış Valyuta hərraclarında dollar satışları kəskin azalıb Elpress.az xəbər verir ki, 2026-cı ilin ilk altı ayında Azərbaycan Mərkəzi Bankının keçirdiyi valyuta hərraclarında ümumilikdə 757 milyon ABŞ dolları […]

Türkiyə “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizinə qoşulacaq

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 14:15 1042 baxış Pərviz Şahbazov Türkiyənin yaşıl enerji dəhlizi layihəsində iştirakının nəzərdə tutulduğunu açıqlayıb Elpress.az xəbər verir ki, Türkiyənin mərhələli şəkildə 2032-ci ildən istismara verilməsi planlaşdırılan “Xəzər-Qara dəniz-Avropa” Yaşıl […]

AMB inflyasiya proqnozunu dəyişməz saxlayıb

Aysel Əlibəyli 23 Sentyabr 2026 · 12:50 1050 baxış Avqustda illik inflyasiya 5,7 faiz təşkil edib Elpress.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı ortamüddətli dövr üzrə inflyasiya proqnozunu yeniləməyib.AMB-nin faiz dəhlizinin parametrləri ilə bağlı qərarında […]

Ətin qiyməti bahalaşıb

Aysel Əlibəyli 29 İyul 2026 · 11:56 1082 baxış Paytaxtda sümüksüz mal əti və quzu ətinin qiymətində son bir ayda artım müşahidə olunur. Elpress.az xəbər verir ki, Paytaxtın müxtəlif ərazilərində fəaliyyət göstərən ət satışı mağazalarında […]