--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Mərkəzi Bank 6 ayda 757 milyon dollar satıb

Aysel Əlibəyli 31 İyul 2026 · 11:53 1112 baxış

Valyuta hərraclarında dollar satışları kəskin azalıb

Elpress.az xəbər verir ki, 2026-cı ilin ilk altı ayında Azərbaycan Mərkəzi Bankının keçirdiyi valyuta hərraclarında ümumilikdə 757 milyon ABŞ dolları satılıb.Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, bu göstərici əvvəlki illərin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır. Belə ki, 2025-ci ilin ilk yarısında hərraclarda 2,7 milyard dollar, 2024-cü ilin eyni dövründə isə 3,7 milyard dollar satılıb.Sədrin sözlərinə görə, aprelin 1-dən keçirilən 101 valyuta hərracında 203 milyon dollar satış həyata keçirilib. Bununla yanaşı, Mərkəzi Bank valyuta bazarında alışyönümlü müdaxilə edərək iyulun 30-dək 2,077 milyard dollar alıb.Nəticədə Mərkəzi Bankın valyuta ehtiyatları 19,4 faiz artaraq 13,7 milyard dollara çatıb.Bank sektorunda dollarlaşmanın azalması da davam edib. İyunun sonunda rezident fiziki şəxslərin əmanətlərində dollarlaşma səviyyəsi 25,6 faiz təşkil edib. Bu göstərici ilin əvvəlindən 3,8 faiz bəndi azalıb.Eyni dövrdə fiziki şəxslərin manat əmanətləri 1,3 milyard manat və ya 11,6 faiz artaraq 12,5 milyard manata yüksəlib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Taleh Kazımov: Azərbaycanın strateji valyuta ehtiyatları 85,8 milyard dollara çatıb

Next Article

Sadır Japarov “Heydər Əliyev” ordeninə layiq görülüb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ağdamda ayaqqabı istehsalı genişlənir

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:30 1088 baxış Ağdam Sənaye Parkındakı fabrik xarici ölkələrə ayaqqabı ixrac edir Elpress.az xəbər verir ki, İşğaldan azad edilmiş Ağdamda sənaye və istehsal sahələrinin inkişafı davam edir. Ağdam Sənaye […]

Azərbaycan əhalisinin sayı artdı

Aysel Əlibəyli 21 İyul 2026 · 14:53 1142 baxış Ölkə əhalisi 10 milyon 271 min 638 nəfərə çatdı Elpress.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı il iyunun 1-nə Azərbaycanın əhalisinin sayı ilin […]