--:--:-- | 23 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

AMB inflyasiya proqnozunu dəyişməz saxlayıb

Aysel Əlibəyli 23 Sentyabr 2026 · 12:50 1012 baxış

Avqustda illik inflyasiya 5,7 faiz təşkil edib

Elpress.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı ortamüddətli dövr üzrə inflyasiya proqnozunu yeniləməyib.AMB-nin faiz dəhlizinin parametrləri ilə bağlı qərarında bildirilib ki, illik inflyasiya müəyyən edilmiş hədəf diapazonunda qalır və baza ssenarisi üzrə gözlənilən trayektoriya ilə uyğunluq təşkil edir.2026-cı ilin avqustunda 12 aylıq inflyasiya 5,7 faiz olub. Bu göstərici iyul ayı ilə müqayisədə 0,1 faiz bəndi azdır.Avqust ayında illik qiymət artımı ərzaq məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,2 faiz, ödənişli xidmətlər üzrə 5 faiz, qeyri-ərzaq məhsulları üzrə isə 3,7 faiz təşkil edib.Eyni dövrdə illik baza inflyasiya 5,1 faiz səviyyəsində qeydə alınıb.Mərkəzi Bank ortamüddətli perspektivdə illik inflyasiyanın hədəf diapazonunda qalacağına dair proqnozunu dəyişməz saxlayıb.AMB eyni zamanda qlobal geosiyasi qeyri-müəyyənliyin, enerji və ərzaq qiymətlərində mümkün artımların, həmçinin xarici bazarlardakı qiymət dəyişikliklərinin daxili bazara ötürülməsi risklərinin davam etdiyini qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Səfərbərlik Xidmətinin sabiq əməkdaşı azadlığa buraxılıb

Next Article

AMB: Valyuta təklifi tələbi üstələyib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Balaxanı neftçilərindən rekord nəticə

Aysel Əlibəyli 06 İyul 2026 · 19:23 1082 baxış Gündəlik hasilat 1000 tona çatdı: Balaxanı neftçiləri ilk yarımili rekord göstəricilərlə başa vurdu Elpress.az xəbər verir ki, SOCAR-la “Hasilat Pay Bölgüsü” sazişi çərçivəsində “Balaxanı-Sabunçu-Ramana” yatağında fəaliyyət […]

“Paysis”in fəaliyyətinə xitam verildi

Aysel Əlibəyli 02 İyun 2026 · 17:03 1188 baxış Azərbaycan Mərkəzi Bankı “Paysis” MMC-yə verilmiş elektron pul təşkilatı lisenziyasını qüvvədən salıb. Elpress.az AMB-yə istinadən yaydığı məlumata görə, qərar Mərkəzi Bankın İdarə Heyətinin 1 iyun 2026-cı […]