--:--:-- | 28 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Türkiyə “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizinə qoşulacaq

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 14:15 1076 baxış

Pərviz Şahbazov Türkiyənin yaşıl enerji dəhlizi layihəsində iştirakının nəzərdə tutulduğunu açıqlayıb

Elpress.az xəbər verir ki, Türkiyənin mərhələli şəkildə 2032-ci ildən istismara verilməsi planlaşdırılan “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi layihəsində iştirakı nəzərdə tutulur.Energetika naziri Pərviz Şahbazov Azərbaycan-Türkiyə 5-ci Enerji Forumunda çıxışı zamanı bildirib ki, bu layihə iki ölkə arasında enerji əməkdaşlığının mühüm istiqamətlərindən biridir.Nazirin sözlərinə görə, elektrik enerjisi sahəsində regional əməkdaşlığın genişləndirilməsi Şuşa Bəyannaməsinin müddəalarına uyğundur. Yaradılan enerji dəhlizləri isə regional enerji təhlükəsizliyinin təmin olunması baxımından strateji əhəmiyyət daşıyır.Pərviz Şahbazov Türkiyə şirkətlərinin Azərbaycanın yaşıl enerji layihələrində iştirakının genişləndiyini qeyd edib. O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə inşa olunan 42 elektrik stansiyasının ilin sonunadək istismara verilməsi planlaşdırılır.Nazir həmçinin Kəlbəcərdə 204 MVt gücündə külək elektrik stansiyasının yaradılması istiqamətində Türkiyə şirkəti ilə ölçmə və qiymətləndirmə işlərinin aparıldığını açıqlayıb.Şahbazov Azərbaycanın təmiz enerji gələcəyinə keçid prosesində Türkiyə ilə əməkdaşlığı strateji prioritet hesab etdiyini vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakının və Abşeronun bəzi ərazilərində işıq olmayacaq

Next Article

Şəfiqə Məmmədova: Kino sahəsində inkişaf var

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Naxçıvanda 6 981 qadın sahibkar fəaliyyət göstərir

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 12:33 1104 baxış Muxtar respublikada aktiv fiziki sahibkarların sayı 24 608 nəfərdir Elpress.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında hazırda 24 608 aktiv fiziki sahibkar fəaliyyət göstərir. Onların 6 […]

Azərbaycan neftinin qiyməti 94 dolları ötüb

Aysel Əlibəyli 19 Avqust 2026 · 09:30 1078 baxış Dünya bazarlarında “Azeri Light” markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Elpress.az xəbər verir ki, “Azeri Light”ın bir barelinin qiyməti 3,27 dollar və ya 3,58 faiz artaraq 94,58 […]