--:--:-- | 05 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Aİ ASCO Gəmilərinə Tətbiq Olunan Sanksiyaları Ləğv Etdi

Elşən 24 Aprel 2026 · 09:49 1123 baxış

Avropa İttifaqı Şurasının son qərarına əsasən, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) aid “Zaqatala” gəmisinə, həmçinin ASCO ilə SOCAR-ın birgə müəssisəsinə məxsus “Şuşa”, “Qarabağ”, “Xankəndi” və “Zəngəzur” gəmilərinə tətbiq olunan sanksiyalar aradan qaldırılıb.

Elpress.az-ın məlumatına görə, bu qərarla həmin gəmilər rəsmi şəkildə Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb.

Qərarın əldə olunması Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, ASCO və SOCAR-ın birgə və koordinasiyalı diplomatik-hüquqi fəaliyyəti nəticəsində mümkün olub.

Qeyd olunur ki, bu gəmilər uzunmüddətli çarter müqavilələri əsasında üçüncü tərəflərə icarəyə verilib və onların istismarı beynəlxalq qaydalar, eləcə də sanksiya tələblərinə tam uyğun şəkildə həyata keçirilib. Bu addım obyektiv yanaşmanın və konstruktiv əməkdaşlığın nəticəsi kimi qiymətləndirilir.

ASCO isə bundan sonra da beynəlxalq gəmiçilik sahəsində fəaliyyətini milli qanunvericilik və beynəlxalq hüquq normalarına, eləcə də sanksiya rejimlərinə riayət etməklə davam etdirəcəyini bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İranda Milli Birlik Vurğusu: Parçalanma Yoxdur

Next Article

Qiymətli Metalların Qiyməti Aşağı Düşdü

Bəlkə də, sizin üçün maraqlı olar ...;

AZAL Naxçıvan reyslərini hava şəraitinə görə təxirə salıb

Elşən 21 May 2026 · 12:46 1123 baxış Azərbaycan Hava Yolları (AZAL) Naxçıvan istiqamətində həyata keçirilən aviareyslərlə bağlı növbəti məhdudiyyət qərarı qəbul edib. Naxçıvan Beynəlxalq Aeroportu ətrafında müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən Bakı–Naxçıvan–Bakı marşrutu […]

Cənubi Qafqaz boru kəməri üzrə xərclər 25% artıb

Aysel Əlibəyli 06 Avqust 2026 · 14:54 1068 baxış BP hesabatı açıqladı: Cənubi Qafqaz boru kəməri üzrə xərclər 60 milyon dollara çatıb Elpress.az xəbər verir ki, BP-nin 2026-cı ilin birinci yarısının nəticələrinə həsr olunmuş hesabatına […]

Bank sektorunda izafi likvidlik 6,3 milyard manata çatıb

Aysel Əlibəyli 23 Sentyabr 2026 · 13:10 1066 baxış İlin əvvəlindən banklardakı struktur likvidlik profisiti 2,2 dəfə artıb Elpress.az xəbər verir ki, Azərbaycan bank sektorunda izafi likvidliyin həcmi əhəmiyyətli dərəcədə artıb.2026-cı ilin avqust ayının sonuna […]

2027-ci ilin büdcəsində sosial xərclərin payı açıqlanıb

Aysel Əlibəyli 24 Sentyabr 2026 · 17:46 1072 baxış Azərbaycanın 2027-ci il dövlət büdcəsində sosialyönlü xərclərin xüsusi çəkisinin 44 faiz təşkil etməsi nəzərdə tutulur. Elpress.az xəbər verir ki, Bu barədə Baş nazir Əli Əsədov Nazirlər […]