--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

İqtisadi zonalar Azərbaycanda investisiya imkanlarını genişləndirir

Aysel Əlibəyli 25 Sentyabr 2026 · 13:57 1086 baxış

Elnur Bağırov sənaye və logistika infrastrukturlarının investorlar üçün yaratdığı imkanlardan danışıb

Elpress.az xəbər verir ki, İqtisadi zonalar Azərbaycanda investisiya imkanlarının genişləndirilməsinə şərait yaradır.Bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2026) çıxışı zamanı bildirib.Onun sözlərinə görə, sənaye parkları, sənaye məhəllələri və Ələt Azad İqtisadi Zonası investorlar üçün istehsal və logistika imkanları yaradır. Bu ərazilərin əsas məqsədi yalnız torpaq sahəsi təqdim etmək deyil, investisiya üçün zəruri infrastrukturu və imkanları özündə birləşdirən ekosistem formalaşdırmaqdır.Bağırov qeyd edib ki, yaradılan imkanlar investorların ilkin xərclərini azaltmağa, istehsal və ixracın artırılmasına, sənaye klasterlərinin və ixtisaslı iş yerlərinin formalaşmasına şərait yaradır.Agentlik sədri Qarabağ və digər regionlarda yaradılan sənaye infrastrukturunun da investisiya və istehsal imkanlarını genişləndirdiyini bildirib.Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycanın ümumi daxili məhsulu 130 milyard dollara yaxınlaşıb. ÜDM-in 33 faizini sənaye, 7,1 faizini isə nəqliyyat və anbar təsərrüfatı təşkil edib.Bağırov əlavə edib ki, 2025-ci ildə Azərbaycanda rəqəmsal dövlət satınalmalarının ümumi dəyəri 5 milyard dollara yaxın olub. Bu, əvvəlki göstərici ilə müqayisədə 10 faizdən çox artım deməkdir.O bildirib ki, dövlət satınalmaları ilə bağlı qanunvericilik yerli mal, iş və xidmətlərə qiymətləndirmə zamanı 20 faizə qədər üstünlük verilməsinə imkan yaradır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Birliyin Gücü – 2026”: hərbi təlimdə hava zərbələri həyata keçirildi

Next Article

Lənkəranda 3 yaşlı uşaq döyülüb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

EBRD-nin Azərbaycandakı kredit portfeli 888 milyon avro olub

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 09:40 1102 baxış Elpress.az xəbər verir ki, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı cari kredit portfelinin həcmi iyulun 31-nə 888 milyon avro təşkil edib. Bu göstərici iyunun 30-u […]

Enerji sektorunda sabitlik sual altındadır

Aysel Əlibəyli 02 İyun 2026 · 11:02 1140 baxış Enerji bazarlarında qeyri-müəyyənlik səviyyəsi yüksək olaraq qalır, eyni zamanda bazardakı güclü dəyişkənlik qlobal enerji sektorunda riskləri artırır. Elpress.az-ın Apa.az-a istinadən verdiyi məlumata əsasən, 31-ci Bakı Enerji […]

Qiymətli və Sənaye Metalları Bahalaşır

Aysel Əlibəyli 15 İyun 2026 · 11:15 1120 baxış Əmtəə Bazarlarında Son Vəziyyət: Qiymətli və Sənaye Metalları Bahalaşır Qlobal əmtəə bazarlarında həm qiymətli, həm də sənaye metallarının qiymətlərində kəskin yüksəliş dalğası müşahidə olunur. Bu artım […]

Azərbaycanda kibertəhlükəsizlik ekosisteminin inkişafına xüsusi önəm verilir

Aysel Əlibəyli 05 İyun 2026 · 10:26 1220 baxış Azərbaycanda rəqəmsal mühitin təhlükəsizliyinin təmin olunması və kibertəhdidlərə qarşı dayanıqlı sistemin formalaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi qiymətləndirilir. Elpress.az APA-Economics-ə istinadən xəbər verir ki, bunu […]