--:--:-- | 28 İyul 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Enerji sektorunda sabitlik sual altındadır

Aysel Əlibəyli 02 İyun 2026 · 11:02 1080 baxış

Enerji bazarlarında qeyri-müəyyənlik səviyyəsi yüksək olaraq qalır, eyni zamanda bazardakı güclü dəyişkənlik qlobal enerji sektorunda riskləri artırır.

Elpress.az-ın Apa.az-a istinadən verdiyi məlumata əsasən, 31-ci Bakı Enerji Forumunda çıxış edən “Deloitte” şirkətinin “Strategiya və tranzaksiyalar” istiqaməti üzrə partnyoru Aleksios Zaxariadis bildirib ki, qlobal enerji bazarlarında müşahidə olunan yüksək qeyri-müəyyənlik və dəyişkənlik enerji axınlarına da ciddi təsir göstərir.Onun sözlərinə görə, son illərdə baş verən münaqişələr və geosiyasi gərginliklər şirkətlərin fəaliyyətlərini daha dayanıqlı qurmasının vacibliyini açıq şəkildə ortaya qoyub.Aleksios Zaxariadis qeyd edib ki, mürəkkəb və qeyri-sabit şəraitdə uğur qazanacaq tərəflər aydın seçimlər etməyi və cəsarətli qərarlar qəbul etməyi bacaran şirkətlər və hökumətlər olacaq.O vurğulayıb ki, neft-qaz sektorunun hasilat seqmentində əsas üstünlük aşağı maya dəyərinə, aşağı karbon intensivliyinə malik, etibarlı təchizat imkanları təqdim edən və güclü inkişaf strategiyasına sahib istehsalçılarda olacaq. Onun ifadə etdiyi “üstünlüklü barellər” anlayışı da məhz bu xüsusiyyətləri özündə birləşdirən istehsalı əhatə edir.Zaxariadis əlavə edib ki, qeyri-müəyyənliklərin artdığı bir dövrdə etibarlılıq təkcə əməliyyat göstəricisi deyil, həm də mühüm kommersiya üstünlüyü və dəyər yaradan əsas amillərdən birinə çevrilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Şəhər folkloru və kollektiv yaddaş: sosial kimliyin izləri

Next Article

ABŞ-dən Afrikada diplomatik ixtisar qərarı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Toğrul Abbasquliyev: Azərbaycan zərgərlik məhsullarına tələbat yüksəlir

Aysel Əlibəyli 04 İyun 2026 · 10:26 1165 baxış Azərbaycan istehsalı zərgərlik məmulatlarına region ölkələrində tələbatın artdığı bildirilib. Elpress.az “Report”a istinadən xəbər verir ki, bunu Toğrul Abbasquliyev Bakıda keçirilən Azerbaijan Jewelry Show sərgisinin açılış mərasimində […]

Qazın qiyməti endi

Aysel Əlibəyli 27 İyul 2026 · 12:11 1014 baxış Dünya bazarında təbii qazın qiymətində cüzi eniş qeydə alınıb Elpress.az xəbər verir ki, Dünya bazarında təbii qazın qiyməti cüzi ucuzlaşıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında 2026-cı ilin […]

Azərbaycanda kriptoaktivlərlə bağlı yeni tələb: lisenziya məcburi olacaq

Aysel Əlibəyli 29 İyun 2026 · 13:20 1050 baxış Elpress.az xəbər verir ki, Azərbaycanda qəbul edilməsi nəzərdə tutulan kriptovalyuta haqqında qanun layihəsinə əsasən, kriptoaktivlərlə bağlı fəaliyyət göstərmək istəyən təşkilatlar mütləq qaydada Azərbaycan Mərkəzi Bankından lisenziya […]