--:--:-- | 25 Sentyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Lənkəranda 3 yaşlı uşaq döyülüb

Aysel Əlibəyli 25 Sentyabr 2026 · 14:02 1010 baxış

Azyaşlının atalığı tərəfindən döyüldüyü bildirilir, ananın valideynlik hüququ məsələsinə baxılır

Elpress.az xəbər verir ki, Lənkəranda 3 yaşlı uşağın fiziki zorakılığa məruz qalması ilə bağlı araşdırma aparılır.2023-cü il təvəllüdlü azyaşlı səhər saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Tibbi müayinə zamanı uşağın sağ gözaltı nahiyəsində, sol qulağında, sifətində və kürəyində qançırlar müəyyən olunub.Azyaşlıya zəruri tibbi yardım göstərilib və müalicəsi davam etdirilir. Hazırda onun vəziyyəti stabil qiymətləndirilir.İlkin məlumatlarda uşağın digər uşaqlarla oynayarkən xəsarət aldığı bildirilsə də, sonradan onun atalığı tərəfindən döyüldüyü qeyd olunub.Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat aparılır və müvafiq ekspertiza təyin edilib. Araşdırmanın nəticələrinə əsasən hadisəyə hüquqi qiymət veriləcək.Hadisə ilə əlaqədar uşağın təhlükəsizliyinin və hüquqlarının qorunması istiqamətində də tədbirlər görülür. Eyni zamanda, uşağın anasının valideynlik hüququnun məhdudlaşdırılması məsələsinə qanunvericiliyə uyğun şəkildə baxılır. Anaya psixoloji dəstək göstərilməsi məqsədilə müvafiq mütəxəssislərlə görüşlər keçirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İqtisadi zonalar Azərbaycanda investisiya imkanlarını genişləndirir

Next Article

Nazir müavini: Azərbaycan regional əlaqələr üçün platformadır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Zaqatalada TIR-la avtomobil toqquşdu

Aysel Əlibəyli 11 Avqust 2026 · 14:06 1046 baxış Zaqatalada ağır tonnajlı yük maşını ilə “Chevrolet Niva” toqquşub, iki nəfər yaralanıb Elpress.az xəbər verir ki, Zaqatala rayonunda yol-nəqliyyat hadisəsi baş verib.Hadisə günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd […]

Bakıda güclü külək ağacı avtomobillərin üzərinə aşırdı

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 17:20 1036 baxış Elpress.az xəbər verir ki, paytaxtda müşahidə olunan güclü külək fəsad törədib.Küləyin təsiri nəticəsində iri gövdəli ağac aşıb və bir neçə avtomobilin üzərinə düşüb. Hadisə nəticəsində avtomobillərə […]

Bu ərazilərdə qaz təchizatı dayandırılacaq.

Aysel Əlibəyli 20 May 2026 · 20:03 1129 baxış Təmir və texniki səbəblərlə əlaqədar olaraq, bu ərazilərdə qaz təchizatı müvəqqəti dayandırılacaq. Sakinlərin əvvəlcədən məlumatlandırılması məqsədəuyğundur. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, bu barədə “Azəriqaz” İB […]

Bakıda avtobus qəzası: yaşlı qadın həyatını itirdi

Aysel Əlibəyli 21 İyun 2026 · 18:54 1169 baxış Sabunçuda avtobusun vurduğu piyada aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Bakının Sabunçu rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.Hadisə Ramana qəsəbəsində, Yeni Ramana yolunda qeydə alınıb. […]