--:--:-- | 28 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Azərbaycanda kibertəhlükəsizlik ekosisteminin inkişafına xüsusi önəm verilir

Aysel Əlibəyli 05 İyun 2026 · 10:26 1238 baxış

Azərbaycanda rəqəmsal mühitin təhlükəsizliyinin təmin olunması və kibertəhdidlərə qarşı dayanıqlı sistemin formalaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi qiymətləndirilir.

Elpress.az APA-Economics-ə istinadən xəbər verir ki, bunu Rasim Əliquliyev Bakıda keçirilən IV Milli Kibertəhlükəsizlik Forumunda çıxışı zamanı deyib.Onun sözlərinə görə, son illərdə ölkədə rəqəmsal transformasiyanın sürətlənməsi, elektron xidmətlərin genişlənməsi və müasir texnologiyaların tətbiqinin artması kibertəhlükəsizlik məsələlərini daha da ön plana çıxarıb.Rasim Əliquliyev bildirib ki, həyata keçirilən dövlət siyasəti nəticəsində rəqəmsal platformalardan istifadənin miqyası genişlənib və dövlət xidmətlərinin elektron müstəviyə keçirilməsi prosesi əhəmiyyətli dərəcədə sürətlənib.İnstitut rəhbəri vurğulayıb ki, bu şəraitdə milli kibertəhlükəsizlik ekosisteminin yaradılması, onun davamlılığının təmin edilməsi və informasiya infrastrukturunun etibarlı mühafizəsi xüsusi əhəmiyyət kəsb edir.Onun fikrincə, sözügedən sistemin əsas vəzifələri rəqəmsal dövlət institutlarının təhlükəsiz fəaliyyətini təmin etmək, informasiya resurslarını mümkün risklərdən qorumaq və dövlət qurumlarının kibertəhdidlərə qarşı hazırlıq səviyyəsini yüksəltməkdən ibarətdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanın Müstəqillik Günü Dominikanda qeyd edilib

Next Article

Prezident minifutbol millimizin Avropa çempionluğu ilə bağlı paylaşım edib.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Rusiya Buğdası Azərbaycan Vasitəsilə Ermənistana Aparılır

Aysel Əlibəyli 15 İyun 2026 · 11:27 1148 baxış Rusiyadan Ermənistana göndərilən növbəti 490 tonluq buğda partiyası sabah Azərbaycan ərazisindən tranzit keçməklə çatdırılacaq. Yükün Həcmi: Ümumi çəkisi 490 ton olan buğda yükü 7 vaqondan ibarətdir.Hərəkət […]

Kirayə mənzil üçün yeni müraciətlərə fasilə verilir

Aysel Əlibəyli 05 Oktyabr 2026 · 18:42 1084 baxış Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi üzrə yeni müraciətlərin qəbulu sabahdan müvəqqəti dayandırılacaq. Elpress.az xəbər verir ki, müraciətlərin bərpa olunacağı tarix barədə daha sonra ictimaiyyətə […]

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi sahibkarlarla görüş təşkil edib.

Aysel Əlibəyli 25 May 2026 · 11:56 1188 baxış Mayın 22-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyində sahibkarlıq subyektləri ilə görüş baş tutub. Elpress.az-ın Apa.az-a istinadən verdiyi məlumata əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində keçirilən görüşdə sahibkarların üzləşdiyi […]