--:--:-- | 29 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

ƏDV geri ödənişlərində rekord məbləğ

Aysel Əlibəyli 08 İyun 2026 · 11:28 1152 baxış

2026-cı ilin yanvar-may aylarında vətəndaşlara qaytarılan ƏDV məbləği 87,3 milyon manatı ötüb.

Elpress.az xəbər verir ki,Dövlət Vergi Xidmətinin açıqladığı məlumata əsasən, geri ödənişlər pərakəndə satış və ictimai iaşə sektorunda əldə edilən mallar, eləcə də müxtəlif xidmətlər üzrə aparılıb. ƏDV qaytarılması teatr və kinoteatr xidmətləri, muzeylərə giriş, simfonik konsertlər, tibb müəssisələrinin xidmətləri və azad edilmiş ərazilərdə yerləşən hotellərdə gecələmə xərclərini də əhatə edib.Vəsaitlər istehlakçılara müvəkkil banklar vasitəsilə köçürülüb. Bununla yanaşı, qanunvericiliyə uyğun olaraq avtomobil, yanacaq məhsulları, alkoqollu içkilər və tütün məmulatlarının alınmasına görə ödənilən ƏDV geri qaytarılan kateqoriyalara daxil edilməyib.Məlumatda həmçinin qeyd olunur ki, hesabat dövründə xarici turistlərin ölkə daxilində şəxsi istifadə məqsədilə aldıqları mallara görə “Tax Free” sistemi çərçivəsində 3 milyon 434 min manat ƏDV geri ödənilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Baş prokuror vətəndaşlarla görüşəcək

Next Article

Heybət Vəliyev: Turistlərin təhlükəsizliyi prioritet olmalıdır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Qarabağ KOB-ları” layihəsində yeni təlimlər başa çatıb

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 15:09 1076 baxış 55 nəfər peşə təlimlərini tamamlayaraq sertifikat əldə edib Elpress.az xəbər verir ki, “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb. Təlimlər müxtəlif dövlət və […]

Enerji sektorunda sabitlik sual altındadır

Aysel Əlibəyli 02 İyun 2026 · 11:02 1150 baxış Enerji bazarlarında qeyri-müəyyənlik səviyyəsi yüksək olaraq qalır, eyni zamanda bazardakı güclü dəyişkənlik qlobal enerji sektorunda riskləri artırır. Elpress.az-ın Apa.az-a istinadən verdiyi məlumata əsasən, 31-ci Bakı Enerji […]

Türkiyə də buğda istehsalında tarixi rekord gözləntisi.

Aysel Əlibəyli 30 May 2026 · 19:20 1222 baxış Yağıntılı mövsüm Türkiyə də fermerlərinə rekord buğda məhsulu ümidi verib Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Türkiyə də son aylarda yağıntıların həcmi son 66 ilin ən […]

ABŞ-nin dövlət borcu tarixi həddə çatıb

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 14:19 1078 baxış ABŞ-də dövlət borcunun ÜDM-ə nisbəti İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyəyə yüksəlib Elpress.az xəbər verir ki, ABŞ-nin dövlət borcunun ölkənin ümumi daxili məhsuluna nisbəti yenidən […]