--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

ABŞ-nin dövlət borcu tarixi həddə çatıb

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 14:19 1066 baxış

ABŞ-də dövlət borcunun ÜDM-ə nisbəti İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyəyə yüksəlib

Elpress.az xəbər verir ki, ABŞ-nin dövlət borcunun ölkənin ümumi daxili məhsuluna nisbəti yenidən 100 faizə yaxınlaşıb. Bu göstərici İkinci Dünya müharibəsindən sonrakı dövrdən bəri ən yüksək səviyyələrdən birinə çatıb.Tarixi məlumatlara görə, 1940-cı illərin əvvəllərində dövlət borcunun ÜDM-ə nisbəti təxminən 40 faiz təşkil edib. Müharibə xərclərinin artması nəticəsində göstərici 1945-1946-cı illərdə 100 faizdən yuxarı qalxaraq rekord səviyyəyə yüksəlib.Sonrakı illərdə iqtisadi artım və maliyyə intizamı fonunda borcun ÜDM-ə nisbəti əhəmiyyətli dərəcədə azalıb və 1970-ci illərin ortalarında 25 faizdən aşağı düşüb. 2008-ci il qlobal maliyyə böhranından sonra isə dövlət xərclərinin artması ilə borc göstəricisi yenidən yüksəlməyə başlayıb.COVID-19 pandemiyası dövründə həyata keçirilən genişmiqyaslı maliyyə tədbirləri də borcun artımını sürətləndirib. Nəticədə dövlət borcunun ÜDM-ə nisbəti 100 faizə yaxınlaşıb və cari ilin ilk rübündə də yüksək səviyyəsini qoruyub.ABŞ-də borcun artması qlobal maliyyə bazarlarına və ABŞ xəzinə istiqrazlarının gəlirliliyinə təzyiq yaradan əsas amillərdən biri olaraq qalır. Büdcə kəsirinin genişlənməsi və uzunmüddətli borclanma xərclərinin artması hökumətin borca xidmət xərclərini də yüksəldir.Maliyyə bazarları ABŞ-nin büdcə siyasətini və dövlət borcu limitinə dair müzakirələri diqqətlə izləyir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Rusiyada ayı hücumları artıb

Next Article

Şəkidə zipline qəzasında ölən Coşqunun toyuna günlər qalıbmış

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Azeri Light” neftinin qiymətində azalma qeydə alınıb

Elşən 20 May 2026 · 09:22 1202 baxış Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiymətində azalma qeydə alınıb. Elpress.az-ın məlumatına görə, Azərbaycan neftinin 1 bareli 0,86 ABŞ dolları və ya 0,7% ucuzlaşaraq 117,3 […]

“Brent” ucuzlaşıb, “WTI” bahalaşıb

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 09:14 1058 baxış Elpress.az xəbər verir ki, dünya bazarında neftin əsas markalarından olan “Brent” ucuzlaşıb, “WTI” markalı neft isə bahalaşıb. ICE London qitələrarası birjasında “Brent” neftinin 2026-cı ilin noyabr […]

MİDA-dan 12 min ailəyə MÜJDƏ

Aysel Əlibəyli 04 Sentyabr 2026 · 21:09 1088 baxış Elpress.az xəbər verir ki, indiyədək Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) “Güzəştli mənzil” sistemi vasitəsilə 12 minə yaxın ailə mənzil sahibi olub. Agentliyin Aparat rəhbəri Cəmşid Əmirovun […]