--:--:-- | 08 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Balaxanı neftçilərindən rekord nəticə

Aysel Əlibəyli 06 İyul 2026 · 19:23 1090 baxış

Gündəlik hasilat 1000 tona çatdı: Balaxanı neftçiləri ilk yarımili rekord göstəricilərlə başa vurdu

Elpress.az xəbər verir ki, SOCAR-la “Hasilat Pay Bölgüsü” sazişi çərçivəsində “Balaxanı-Sabunçu-Ramana” yatağında fəaliyyət göstərən “Balakhani Operating Company LTD” (BOC) 2026-cı ilin ilk altı ayını yüksək istehsal göstəriciləri ilə başa vuraraq rekord nəticəyə imza atıb.Şirkətin açıqladığı məlumata görə, bu dövrdə orta gündəlik neft hasilatı 1000 tona çatdırılıb. Eyni zamanda, qabaqcıl geoloji modelləşdirmə üsullarının və geoloji-texniki tədbirlərin uğurla tətbiqi sayəsində fəaliyyət göstərilən ərazilərdə işlənmədə olan quyuların sayı 820-yə qədər optimallaşdırılıb. Bu isə hasilatın daha səmərəli və dayanıqlı şəkildə həyata keçirilməsinə imkan yaradıb.Şirkətin prezidenti Rövşən Rzayev əldə olunan uğurlarla əlaqədar Balaxanı neftçilərinə təşəkkür məktubu ünvanlayaraq kollektivin peşəkarlığını, fədakarlığını və birgə əməyini yüksək qiymətləndirib. O bildirib ki, qazanılan rekord nəticələrin arxasında hər bir əməkdaşın zəhməti dayanır və məhz komanda ruhu bu uğurların əsas səbəblərindən biridir.Rövşən Rzayev vurğulayıb ki, gündəlik əməliyyatlarda dayanıqlı istehsal proseslərinin tətbiqi hasilatın artırılmasında mühüm rol oynayır. Onun sözlərinə görə, “Balakhani Operating Company LTD” bundan sonra da ekoloji təhlükəsizlik prinsiplərinə sadiq qalaraq neft hasilatını səmərəli, məsuliyyətli və müasir standartlara uyğun şəkildə davam etdirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Sabah üçün dolların rəsmi məzənnəsi açıqlandı

Next Article

Dünya musiqisinin dahisi Ennio Marrikonenin unudulmayan həyatı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan və Dünya Bankı əməkdaşlığı müzakirə edib

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 14:48 1038 baxış Əli Əsədov Dünya Bankının nümayəndə heyəti ilə görüşüb Elpress.az xəbər verir ki, Baş nazir Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik […]

AZAL Qarsa uçuşlara başlayıb

Aysel Əlibəyli 30 İyul 2026 · 17:06 1060 baxış AZAL-ın Qarsa ilk reysi həyata keçirilib — uçuşlar həftədə iki dəfə olacaq Elpress.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” (AZAL) Bakı ilə Türkiyənin Qars şəhəri arasında […]

İqtisadi Şuradan Ələt Zonasına yeni tapşırıqlar

Aysel Əlibəyli 11 İyun 2026 · 18:00 1168 baxış İyunun 11-də Baş nazir Əli Əsədovin rəhbərliyi ilə İqtisadi Şuranın növbəti iclası baş tutub. Görüş zamanı ölkənin iqtisadi inkişafı ilə bağlı mühüm məsələlər müzakirə olunub və […]

Dörd ölkə yaşıl elektrik layihəsi üzrə saziş imzalaya bilər

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 14:26 1050 baxış Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında enerji əməkdaşlığında yeni mərhələ Elpress.az xəbər verir ki, Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstanı əhatə edən Yaşıl Elektrik Ötürülməsi və Ticarəti […]