--:--:-- | 08 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Çindəki nəhəng bənd Yerin fırlanmasına təsir edib

Aysel Əlibəyli 08 Oktyabr 2026 · 17:21 1014 baxış

Çində yerləşən Üç Boğaz Bəndinin yaratdığı su anbarında toplanan nəhəng su kütləsinin Yerin fırlanmasına cüzi təsir göstərdiyi müəyyənləşdirilib. Söhbət planetin geofiziki göstəricilərində çox kiçik, lakin elmi baxımdan ölçülə bilən dəyişiklikdən gedir.

Elpress.az xəbər verir ki, NASA-nın geofiziki alimi Benjamin Çao və həmkarlarının apardığı hesablamalara əsasən, bəndin su anbarında toplanan təxminən 40 milyard kubmetr su kütləsinin Yer üzərində yenidən paylanması planetin fırlanma dinamikasına təsir göstərib.

Hesablamalarda bu dəyişiklik nəticəsində sutkanın uzunluğunun təxminən 0,06 mikrosaniyə artdığı göstərilir. Eyni zamanda, Yerin fırlanma oxunda təxminən 2 santimetr miqdarında dəyişiklik yarandığı qeyd olunur.

Bu təsirlər insan tərəfindən hiss ediləcək səviyyədə olmasa da, böyük həcmdə su kütləsinin Yer səthində paylanmasının planetin fırlanmasına təsir göstərə bildiyini nümayiş etdirir.

Üç Boğaz Bəndi dünyanın ən iri hidrotexniki qurğularından biri hesab olunur və Çinin Yantszı çayı üzərində yerləşir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Rusiyanın bir neçə bölgəsində PUA təhlükəsi elan edildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Tramp: ABŞ və İran arasında saziş sabah imzalana bilər

Aysel Əlibəyli 13 İyun 2026 · 23:59 1132 baxış ABŞ Prezidenti Donald Trump İranla əldə olunan razılaşmanın iyunun 14-də imzalanmasının planlaşdırıldığını açıqlayıb. Elpress.az xəbər verir ki, o, bu barədə “Truth Social” platformasında paylaşım edib.Tramp bildirib […]

Moldova Rusiyaya etiraz notası təqdim etdi

Aysel Əlibəyli 14 İyul 2026 · 14:07 1102 baxış Rusiyanın Moldovadakı səfiri Oleq Ozerov Xarici İşlər Nazirliyinə çağırılıb və ona rəsmi etiraz notası təqdim edilib. Elpress.az xəbər verir ki , Moldova Xarici İşlər Nazirliyi Rusiyanın […]

ABŞ və Braziliya arasında diplomatik gərginlik dərinləşir

Aysel Əlibəyli 05 Avqust 2026 · 06:44 1062 baxış ABŞ Braziliyanın Vaşinqtondakı səfiri Maria Luiza Ribeiro Viottinin vizasını ləğv edib. Qərar iki ölkə arasında son dövrlər yaranan diplomatik gərginliyin növbəti mərhələsi kimi qiymətləndirilir. Elpress.az xəbər […]