--:--:-- | 03 Noyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

İqtisadi Şuradan Ələt Zonasına yeni tapşırıqlar

Aysel Əlibəyli 11 İyun 2026 · 18:00 1232 baxış

İyunun 11-də Baş nazir Əli Əsədovin rəhbərliyi ilə İqtisadi Şuranın növbəti iclası baş tutub. Görüş zamanı ölkənin iqtisadi inkişafı ilə bağlı mühüm məsələlər müzakirə olunub və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin daha da səmərəli təşkili, qarşıda duran mühüm vəzifələr, infrastruktur sahəsində həlli vacib məsələlər, eləcə də zonanın gələcək inkişaf strategiyası və perspektivləri geniş şəkildə müzakirə olunub. Bununla yanaşı, xidmət sektorunun iqtisadi artım prosesində rolu, bu sahənin inkişaf imkanları, müəyyən edilmiş prioritet istiqamətlər və təqdim olunan təkliflər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.İclas zamanı Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümovun, eləcə də iqtisadiyyat naziri Mikayıl Cabbarovun gündəlikdə yer alan məsələlərlə bağlı təqdimatları dinlənilib. Təqdimatlarda Ələt Azad İqtisadi Zonasının inkişafının sürətləndirilməsi, iqtisadi potensialının artırılması və xidmət sektorunda yeni imkanların yaradılması ilə bağlı əsas məqamlar diqqətə çatdırılıb.İqtisadi Şuranın üzvləri və Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov müzakirə olunan məsələlərə dair çıxış edərək öz rəy və təkliflərini səsləndiriblər. Görüş çərçivəsində təqdim olunan təkliflər ətrafında geniş müzakirələr aparılıb, gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib.İclasın sonunda İqtisadi Şura üzvlərinin mövqeləri, irəli sürdükləri təkliflər və tövsiyələr nəzərə alınmaqla müvafiq qərarlar qəbul edilib. Həmçinin qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı aidiyyəti dövlət qurumlarına zəruri tapşırıqlar verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Trampdan Xarq adası açıqlaması: ABŞ ələ keçirməni dəstəkləməyəcək

Next Article

Neftçalada növbəti səyyar qəbul baş tutdu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Toxumçuluq sahəsində yeni rüsumlar müəyyənləşib

Aysel Əlibəyli 14 Avqust 2026 · 13:05 1076 baxış Toxumçuluq fəaliyyəti ilə bağlı yeni dövlət rüsumlarının məbləği açıqlanıb Elpress.az xəbər verir ki, Toxumçuluq sahəsində fəaliyyət göstərən şəxslərin qeydiyyatı və toxumların keyfiyyətini təsdiqləyən sertifikatların verilməsi ilə […]

Dövlət Statistika Komitəsində yeni sədr müavini təyin edilib

Aysel Əlibəyli 08 Oktyabr 2026 · 20:03 1100 baxış Dövlət Statistika Komitəsində rəhbər vəzifələrdən birində dəyişiklik baş verib. Komitə sədrinin müavini Yusif Yusifov vəzifəsindən azad edilib. Elpress.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı digər […]