--:--:-- | 08 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Dövlət Statistika Komitəsində yeni sədr müavini təyin edilib

Aysel Əlibəyli 08 Oktyabr 2026 · 20:03 1016 baxış

Dövlət Statistika Komitəsində rəhbər vəzifələrdən birində dəyişiklik baş verib. Komitə sədrinin müavini Yusif Yusifov vəzifəsindən azad edilib.

Elpress.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı digər sərəncamla Səbuhi Əliyev Dövlət Statistika Komitəsi sədrinin müavini təyin olunub.

1983-cü il təvəllüdlü Səbuhi Əliyev Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr və magistr təhsili alıb. O, 2004-2005-ci illərdə Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət keçib.

Yeni sədr müavini müxtəlif illərdə dövlət əmlakının idarə edilməsi, dövlət borcunun idarə olunması və maliyyə sahəsində çalışıb. O, Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyində müxtəlif rəhbər vəzifələrdə, o cümlədən şöbə müdiri və direktor müavini kimi fəaliyyət göstərib.

Səbuhi Əliyev 2026-cı ilin aprelindən avqust ayınadək Dövlət Statistika Komitəsi sədrinin müşaviri, avqustun 24-dən oktyabrın 7-dək isə Komitənin Aparat rəhbəri vəzifəsində çalışıb.

O, dövlət qulluğunun baş müşaviridir. Səbuhi Əliyev Prezidentin 21 iyun 2025-ci il tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Səbuhi Əliyev ailəlidir, iki övladı var.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Çindəki nəhəng bənd Yerin fırlanmasına təsir edib

Next Article

Bakıda azyaşlı da olmaqla iki piyada vuruldu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanda kibertəhlükəsizlik ekosisteminin inkişafına xüsusi önəm verilir

Aysel Əlibəyli 05 İyun 2026 · 10:26 1200 baxış Azərbaycanda rəqəmsal mühitin təhlükəsizliyinin təmin olunması və kibertəhdidlərə qarşı dayanıqlı sistemin formalaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi qiymətləndirilir. Elpress.az APA-Economics-ə istinadən xəbər verir ki, bunu […]

AMB-də yeni baş direktor təyin edildi

Aysel Əlibəyli 02 Oktyabr 2026 · 15:19 1056 baxış Azərbaycan Mərkəzi Bankında yeni təyinat həyata keçirilib. Elpress.az xəbər verir ki, Mərkəzi Bankın Pul siyasəti departamentinin direktoru Azər Məlağırov qurumun baş direktoru vəzifəsinə təyin olunub. Bununla […]

Azərbaycanda tranzit daşımaları rekord həddə çatdı

Aysel Əlibəyli 10 Avqust 2026 · 16:54 1072 baxış Tranzit yükdaşımalarının həcmi ilin ilk 7 ayında 9,1 milyon tonu keçib Elpress.az xəbər verir ki, Azərbaycanda tranzit yükdaşımalarının həcmi son beş ilin ən yüksək göstəricisinə çatıb.Rəqəmsal […]