--:--:-- | 08 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Abşeron xəstəxanasında bıçaqlanma: hadisənin səbəbi ilə bağlı yeni detallar

Aysel Əlibəyli 08 Oktyabr 2026 · 20:18 1024 baxış

Abşeron Rayon Mərkəzi Xəstəxanasında baş verən bıçaqlanma hadisəsinin iş münasibətləri zəminində meydana gəldiyi bildirilir. Hadisə nəticəsində tibb müəssisəsinin inzibati məsələlər üzrə direktor müavini Orxan Ənvərli xəsarət alıb.

Elpress.az xəbər verir ki, ilkin məlumatlara görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs xəstəxananın Dəstək xidmətləri şöbəsinin Texniki dəstək bölməsində sürücü işləyən Elçin Balayevdir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

TƏBİB-in açıqlamasında sürücünün əmək intizamı qaydalarını pozması ilə bağlı əvvəllər bir neçə dəfə şifahi xəbərdarlıq aldığı bildirilib. Məsələ ilə bağlı yayılan əlavə məlumatlarda isə Balayevin direktor müavini ilə iş münasibətləri zəminində narazılıq yaşadığı qeyd olunur.

Mediada yayılan məlumatlara əsasən, hadisədən əvvəl tərəflər arasında gərginlik yaranıb. İddialara görə, sürücü bir müddət əvvəl Orxan Ənvərlinin otağına gələrək digər əməkdaşların yanında onu təhqir edib. Həmin vaxt onun işdən azad edilmədiyi bildirilir.

Hadisənin bu gün səhər saatlarında xəstəxananın ərazisində baş verdiyi, Orxan Ənvərli avtomobildən düşərkən ona bıçaqla hücum edildiyi barədə də məlumat yayılıb. Xəstəxananın mühafizəçilərinin müdaxiləsi nəticəsində daha bir zərbənin qarşısının alındığı bildirilir. Bu detalların istintaq tərəfindən rəsmən təsdiqlənməsi gözlənilir.

Xəsarət alan Orxan Ənvərliyə dərhal tibbi yardım göstərilib. TƏBİB onun vəziyyətinin hazırda stabil olduğunu açıqlayıb. Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib və araşdırma aparılır.

Qeyd edək ki, Orxan Ənvərli bundan əvvəl TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin rəhbəri olub. O, 2026-cı ilin yayında həmin vəzifədən azad edilərək Abşeron Rayon Mərkəzi Xəstəxanasında direktorun inzibati məsələlər üzrə müavini təyin edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda azyaşlı da olmaqla iki piyada vuruldu

Next Article

Atilla Taşın qızı həyatını itirdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakıda “Changan” aşdı: İki nəfər xəsarət aldı

Aysel Əlibəyli 03 İyul 2026 · 17:22 1108 baxış Bakının Nəsimi rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı taksi kimi fəaliyyət göstərən “Changan” markalı avtomobil aşıb, nəticədə sərnişinlər xəsarət alıblar. Elpress.az-ın Oxu.az-a istinadən verdiyi məlumata əsasən, […]

Qubada yol çökdü: hərəkət və əlaqə kəsildi

Aysel Əlibəyli 04 Oktyabr 2026 · 13:31 1054 baxış Qubada yolun bir hissəsinin çökməsi nəqliyyatın hərəkətinə ciddi maneə yaradıb. Hadisə nəticəsində yolun çökmüş hissəsindən keçid mümkün olmayıb və ərazidə qarşı tərəfə gediş-gəliş dayanıb. Hadisə ilə […]

Həbsdə olan stomatoloqa yeni hökm

Aysel Əlibəyli 24 İyul 2026 · 12:13 1090 baxış Həbsdə olan stomatoloqun daha bir dələduzluq cinayəti üzrə 8 il həbs cəzası verilib Elpress.az xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən stomatoloq Elşən Zaxarovun növbəti […]