Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində baş verən hadisə nəticəsində həyatını itirib. 34 yaşlı qadının binanın 14-cü mərtəbəsindən düşdüyü bildirilir.
Elpress.az xəbər verir ki, hadisə Mersinin Erdemli rayonunun Çeşmeli məhəlləsində yerləşən Liparis 5 istirahət kompleksində qeydə alınıb. Səhər saatlarında baş verən hadisə ilə bağlı təcili yardım və digər aidiyyəti xidmətlər əraziyə cəlb olunub.
Tibbi heyətin müayinəsi zamanı Sezen Taşın hadisə yerində öldüyü müəyyənləşdirilib. Onun meyiti ölüm səbəbinin dəqiqləşdirilməsi üçün otopsiyaya göndərilib.
Hazırda hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır. Faktla bağlı istintaq başladılıb və ölümün dəqiq səbəbinin aparılacaq araşdırmadan sonra müəyyənləşdirilməsi gözlənilir.


