--:--:-- | 08 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Suriyadan gətirilən daha 13 azərbaycanlı sosial xidmət müəssisəsinə yerləşdirilib

Aysel Əlibəyli 08 Oktyabr 2026 · 12:33 1014 baxış

Suriyadan Azərbaycana repatriasiya edilən daha 13 vətəndaşın ölkəyə qaytarıldıqdan sonra sosial reabilitasiyası həyata keçirilir.

Elpress.az xəbər verir ki, repatriasiya olunan şəxslər arasında altı qadın və yeddi uşaq olmaqla 13 nəfər Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilib.

Müəssisədə vətəndaşların ilkin tibbi müayinəsi aparılıb. Onların sosial və psixoloji vəziyyətinin qiymətləndirilməsi üçün də zəruri tədbirlər görülüb.

Hazırda repatriantların cəmiyyətə uyğunlaşması və sosial reabilitasiyası istiqamətində işlər davam etdirilir. Müvafiq mərhələ başa çatdıqdan sonra onların ailələrinə və evlərinə yola salınması nəzərdə tutulur.

Məlumata görə, son illərdə Azərbaycana repatriasiya edilən 630-dan çox şəxs Sosial Xidmətlər Agentliyinin sosial reabilitasiya xidmətlərindən yararlanıb. Hazırda isə 85 repatriantla bağlı reabilitasiya tədbirləri davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Tramp Putini doğum günü münasibətilə təbrik etməyib

Next Article

Rusiyanın bir neçə bölgəsində PUA təhlükəsi elan edildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Teymur Musayev ATU məzunlarını təbrik etdi

Aysel Əlibəyli 11 İyul 2026 · 20:15 1092 baxış Azərbaycan Tibb Universitetində (ATU) 2025/2026-cı tədris ilinin məzunlarına həsr olunan tədbir keçirilib. Elpress.az xəbər verir ki, mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə dövlət […]