--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

AZAL Qarsa uçuşlara başlayıb

Aysel Əlibəyli 30 İyul 2026 · 17:06 1082 baxış

AZAL-ın Qarsa ilk reysi həyata keçirilib — uçuşlar həftədə iki dəfə olacaq

Elpress.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” (AZAL) Bakı ilə Türkiyənin Qars şəhəri arasında yeni aviareyslərə start verib.Qars istiqamətində ilk uçuş uğurla həyata keçirilib. İlk reysin sərnişinləri Qars Harakani Hava Limanında təşkil olunan xüsusi mərasimlə qarşılanıblar.Yeni marşrut üzrə uçuşların həftədə iki dəfə — cümə axşamı və bazar günləri həyata keçirilməsi nəzərdə tutulur.Qars reyslərinin istifadəyə verilməsi Azərbaycan və Türkiyə arasında hava nəqliyyatı əlaqələrinin genişləndirilməsi ilə yanaşı, turizm, biznes və mədəni münasibətlərin inkişafına da imkan yaradacaq.Hazırda Türkiyə AZAL-ın ən geniş uçuş şəbəkəsinə malik olduğu ölkələrdən biridir. Aviaşirkət Qarsla yanaşı, İstanbul, Ankara, İzmir, Antalya, Bodrum, Trabzon, Dalaman və Adana istiqamətlərində də müntəzəm reyslər həyata keçirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan-Türk dünyası əlaqələri yeni mərhələdə

Next Article

Tiktoker Müjgan 10 sutka həbs cəzası alıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Dünya Bankı: Regional inteqrasiya ölkələrin gələcəyinə yol açır

Aysel Əlibəyli 16 İyun 2026 · 15:11 1148 baxış Regional inteqrasiya dövlətlərə daha güclü əməkdaşlıq quraraq gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmək imkanı yaradır. Dünya Bankının Yaxın Şərq, Şimali Afrika, Əfqanıstan və Pakistan üzrə Strategiya və Əməliyyatlar […]

Azərbaycan banklarının öhdəlik reytinqi – İlk beşlik məlum oldu

Aysel Əlibəyli 16 İyul 2026 · 17:49 1162 baxış Azərbaycanda 2026-cı ilin ilk yarısının yekunlarına əsasən öhdəliklərinin həcminə görə ən böyük banklar müəyyənləşib. Elpress.az xəbər verir ki, bankların rüblük maliyyə hesabatları əsasında hazırlanan reytinqə görə, […]

Azərbaycan enerji sahəsində regionun aparıcı ölkələrindən biri olub

Aysel Əlibəyli 05 İyun 2026 · 11:00 1292 baxış Azərbaycan son illərdə enerji sektorunda həyata keçirdiyi strateji layihələr hesabına bölgənin əsas enerji mərkəzlərindən biri statusunu möhkəmləndirib. Elpress.az xəbər verir ki, Bakı Dövlət Universitetinin professoru Kamilə […]

Bakıda ilk kazino 2027-ci ilin mayında açılacaq

Aysel Əlibəyli 24 Oktyabr 2026 · 14:44 1080 baxış Xəzər dənizinin Azərbaycan sektorunda, “Sea Breeze” ərazisində inşa edilən “Royale Casino”nun gələn ilin mayında fəaliyyətə başlaması planlaşdırılır. Elpress.az xəbər verir ki, bu barədə layihənin təsisçisi və […]