Rusiyanın bir neçə regionunda pilotsuz uçuş aparatları ilə bağlı təhlükə rejimi tətbiq olunub. Məhdudiyyətlər hava nəqliyyatının fəaliyyətinə də təsir göstərib.
Elpress.az APA-ya istinadən xəbər verir ki, Sverdlovsk vilayətində PUA təhlükəsi səbəbindən Yekaterinburqdakı Koltsovo hava limanında təyyarələrin uçuş və enişinə müvəqqəti məhdudiyyət qoyulub.
Bundan başqa, Çelyabinsk vilayətində də dron təhlükəsi elan edilib və yerli sakinlərə təhlükəsizlik məqsədilə sığınacaqlara keçmək tövsiyə olunub.
Bəşqırdıstan Respublikasında sənaye zonasına PUA hücumu edildiyi barədə məlumat yayılıb. Orenburq vilayətində isə dron təhlükəsi rejiminin tətbiq olunduğu bildirilib.


