--:--:-- | 23 Avqust 2026, Bazar
Son Xəbər
Yüklənir...

Dünya musiqisinin dahisi Ennio Marrikonenin unudulmayan həyatı

Aysel Əlibəyli 06 İyul 2026 · 19:26 1064 baxış

“Mən, Ennio Marrikone, öldüm…” – Milyonların qəlbində iz qoyan bəstəkarın təsirli həyat hekayəsi

Elpress.az-ın Kulis.az-a istinadən verdiyi məlumata əsasən, Dünya kino musiqisinin ən böyük simalarından biri hesab olunan görkəmli italyan bəstəkarı Ennio Marrikone təkcə bəstələri ilə deyil, həyatı və sənətə bağlılığı ilə də milyonlarla insanın yaddaşında silinməz iz qoyub. Onun adı yüzlərlə məşhur filmə bəstələdiyi musiqilər və bənzərsiz yaradıcılığı ilə dünya mədəniyyət tarixində xüsusi yer tutur.Ennio Marrikone 1928-ci il noyabrın 10-da İtaliyanın paytaxtı Romanın mərkəzində musiqi ilə nəfəs alan bir ailədə dünyaya gəlib. Atası Mario peşəkar truba ifaçısı idi və caz ilə opera orkestrlərində çıxış edirdi. Musiqiyə olan ilk marağı da məhz atasının ifa etdiyi melodiyalar oyadıb. O, hələ yeddi yaşında ilk bəstələrini yazmağa başlayır, kiçik yaşlarından gələcəyin böyük bəstəkarı olacağının siqnallarını verirdi.Marrikonenin qeyri-adi istedadı musiqi təhsili aldığı illərdə də özünü göstərib. Akademiyada müəllimləri onun bacarığına heyran qalır, o isə dörd il davam etməli olan harmoniya kursunu cəmi altı ay ərzində uğurla başa vuraraq fərqlənirdi.Lakin onun taleyini dəyişən əsas hadisə akademiyada deyil, məktəb illərində baş verib. Ennio Marrikone ibtidai sinifdə gələcəyin məşhur rejissoru Serco Leone ilə eyni partanı bölüşürdü. Uşaqlıq dostluğu illər sonra böyük yaradıcılıq əməkdaşlığına çevrildi. Onların birgə fəaliyyəti dünya kinosunda yeni dövrün başlanğıcı oldu və hər iki sənətkarın adı kino tarixinin ən parlaq simaları sırasında yer aldı.Ennio Marrikonenin yaratdığı əsərlər bu gün də dünyanın müxtəlif ölkələrində dinlənilir, onun musiqiləri isə kino sənətinin əbədi klassikaları kimi qiymətləndirilir. Onun zəngin irsi gələcək nəsillər üçün ilham mənbəyi olaraq yaşamaqda davam edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Balaxanı neftçilərindən rekord nəticə

Next Article

Kiyevə qanlı zərbə: Ölənlərin sayı 15-ə yüksəldi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ana dili milli kimliyin əsas dayağıdır

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:09 1022 baxış Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin əsas istiqamətlərindəndir Elpress.az xəbər verir ki, Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi və cəmiyyətdə düzgün istifadəsinin təmin olunması dövlət siyasətinin […]

Doktorantura üzrə xarici dil imtahanı keçirildi

Aysel Əlibəyli 25 İyun 2026 · 16:33 1084 baxış Doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul imtahanları təşkil olunub, nəticələrin açıqlanacağı tarix məlumdur Doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul imtahanı və fəlsəfə […]

Xalq artisti Sərvər Qəniyevin xatirəsi anılır

Aysel Əlibəyli 05 Avqust 2026 · 12:52 1032 baxış Bu gün görkəmli skripkaçı, dirijor, Xalq artisti Sərvər Qəniyevin anadan olmasının 89-cu ildönümü qeyd olunur. Elpress.az xəbər verir ki, Azərbaycan musiqi sənətinin tanınmış nümayəndələrindən olan Sərvər […]