Abşeron Rayon Mərkəzi Xəstəxanasında vəzifəli şəxsin bıçaqlanması ilə nəticələnən hadisə baş verib.
Elpress.az Qafqazinfo-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, xəstəxananın baş həkiminin müavini Orxan Ənvərli əvvəllər həmin tibb müəssisəsində çalışmış əməkdaşın hücumuna məruz qalıb.
Hadisə zamanı O.Ənvərliyə bıçaqla xəsarət yetirilib. Məlumatla əlaqədar xəstəxanaya polis əməkdaşları cəlb olunub.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Elçin Balayev saxlanılıb. Fakt üzrə araşdırma aparılır.
Qeyd edək ki, Orxan Ənvərli daha əvvəl TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinə rəhbərlik edib. O, 2026-cı ilin yayında həmin vəzifədən azad edilərək Abşeron Rayon Xəstəxanasına baş həkimin müavini təyin olunub.


