--:--:-- | 13 İyun 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Milli Məclisin komitəsi dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsini dəstəkləyib.

Aysel Əlibəyli 09 İyun 2026 · 18:52 82 baxış

İyunun 9-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası baş tutub.

Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Komitənin sədri Azər Əmiraslanov bildirib ki, iclasın gündəliyinə yalnız bir məsələ — Prezident tərəfindən təqdim olunan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi daxil edilib.A. Əmiraslanov qeyd edib ki, müzakirəyə çıxarılan qanun layihəsi və müvafiq hesabat qanunvericilikdə müəyyən edilmiş müddət və qaydalara uyğun olaraq Milli Məclisə təqdim olunub və bununla bağlı Hesablama Palatası tərəfindən müvafiq rəy hazırlanıb. O, Prezidentin təşəbbüsü ilə ötən ildən dövlət maliyyəsinin idarə olunmasının təkmilləşdirilməsi istiqamətində institusional xarakterli islahatlara start verildiyini, həmçinin rəqəmsal dövlət maliyyəsi informasiya sisteminin formalaşdırılmasının və səmərəli icra-nəzarət mexanizmlərinin yaradılmasının nəzərdə tutulduğunu bildirib. Komitə sədri bu islahatların parlament səviyyəsində büdcə hesabatlılığının daha da güclənməsinə töhfə verəcəyini vurğulayıb.Daha sonra maliyyə naziri Sahil Babayev qanun layihəsini və 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatı təqdim edərək, Prezidentin rəhbərliyi ilə həyata keçirilən büdcə siyasətinin əsas prioritetlərindən danışıb. O, iqtisadi artımın davamlılığı, makroiqtisadi sabitlik, fiskal intizamın qorunması, büdcə qaydasına əməl edilməsi, sosial xərclərin tam maliyyələşdirilməsi, eləcə də müdafiə və təhlükəsizlik sahələrinin gücləndirilməsinin əsas istiqamətlər olduğunu diqqətə çatdırıb. Nazir Qarabağ və Şərqi Zəngəzurun inkişafı, rəqəmsal texnologiyaların tətbiqi və real sektorun sürətli inkişafının prioritet olduğunu da qeyd edib.S. Babayev bildirib ki, cari xərclərin qeyri-neft gəlirləri ilə örtülmə səviyyəsi 92 faiz təşkil edir və bu göstəricinin 2029-cu ildə 100 faizə çatdırılması hədəflənir. O, icmal büdcədə qeyri-neft gəlirlərinin payının 55,2 faizə, qeyri-neft gəlirlərinin qeyri-neft ÜDM-ə nisbətinin isə 28,7 faizə yüksəldiyini bildirib.Nazir həmçinin dövlət maliyyəsinin idarə olunması sahəsində aparılan islahatlar, Rəqəmsal Dövlət Maliyyəsi İnformasiya Sisteminin yaradılması, xəzinədarlığın təkmilləşdirilməsi, dövlət müəssisələrinin maliyyə göstəricilərinin təhlili və investisiya layihələrinin ekspertizası kimi tədbirlər barədə məlumat verib.Daha sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qanun layihəsi və illik hesabatla bağlı rəyini təqdim edərək, göstəricilərin ümumilikdə qanunvericiliyin tələblərinə uyğun hazırlandığını və ÜDM proqnozlarının faktiki nəticələrlə demək olar ki, üst-üstə düşdüyünü bildirib. O, büdcə icrasının dövlətin strateji sənədlərinə uyğun olduğunu vurğulayıb və gəlir-xərc göstəriciləri üzrə bəzi məqamlara toxunub.Palata sədri həmçinin büdcə vəsaitlərinin uçotu və xərclərin izlənilməsi sahəsində aparılan dəyişikliklərin əhəmiyyətini qeyd edərək, bu istiqamətdə təkmilləşdirmələrin davam etdirilməsinin vacibliyini bildirib.İclasda komitə üzvləri sənədlərlə bağlı fikirlərini və təkliflərini səsləndiriblər, daha sonra maliyyə naziri və Hesablama Palatasının sədri qaldırılan məsələlərə aydınlıq gətiriblər.Sonda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İsrailin Livanın Tir şəhərinə zərbəsi: 8 ölü var

Next Article

İran millisinin planına qadağa gəldi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanda yağın qiyməti kəskin artdı

Aysel Əlibəyli 09 İyun 2026 · 10:52 112 baxış Azərbaycanda qida səbətində mühüm yer tutan bitki yağlarının qiymətində artım müşahidə olunur. Elpress.az xəbər verir ki, ölkənin bitki yağı tələbatının əsasən idxal hesabına ödənilməsi qiymət dəyişikliklərinin […]

Aİ: Azərbaycanla ticarət əlaqələrimiz qürurvericidir

Aysel Əlibəyli 06 İyun 2026 · 13:20 63 baxış Gəncədə Avropa İttifaqının “Avropa Şəhərciyi – 2026” tədbiri çərçivəsində Azərbaycan–Aİ münasibətlərinə dair mesajlar verilib. Elpress.az APA-ya istinadən xəbər verir ki, tədbirin açılış mərasimi şəhərin Heydər Əliyev […]

Birjasında qızıl ucuzlaşıb, gümüş bahalaşıb

Elşən 22 May 2026 · 09:35 30 baxış Əmtəə bazarlarında qızıl fyuçerslərinin qiymətində enmə müşahidə olunub. Elpress.az-ın məlumatına görə, COMEX birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçersləri 0,28 faiz ucuzlaşaraq 4 529,6 […]