--:--:-- | 03 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

G7 neft ehtiyatlarının bir hissəsini bazara çıxaracaq

Aysel Əlibəyli 03 Oktyabr 2026 · 08:55 1018 baxış

“Böyük yeddilik” ölkələri qlobal enerji bazarında qiymət artımının və dalğalanmaların qarşısını almaq üçün əlavə neft ehtiyatlarının satışa çıxarılması barədə qərar qəbul edib.

Elpress.az xəbər verir ki, G7 liderlərinin keçirdiyi onlayn görüşün yekununda yayılan bəyanatda ümumilikdə 100 milyon barel neft və dizel yanacağının ehtiyatlardan bazara yönəldiləcəyi bildirilib.

Məlumata görə, proses Beynəlxalq Enerji Agentliyinin koordinasiyası ilə həyata keçiriləcək və ehtiyatların buraxılması dörd ay ərzində mərhələli şəkildə aparılacaq.

G7 ölkələri hesab edir ki, enerji daşıyıcılarının bahalaşması və bazardakı qeyri-sabitlik dünya iqtisadiyyatına, eləcə də əhalinin rifahına mənfi təsir göstərə bilər.

Xüsusilə dizel yanacağı bazarında yaranan təzyiqin azaldılması üçün ilk 20 gün ərzində əhəmiyyətli həcmdə ehtiyatın bazara çıxarılması nəzərdə tutulur. Həmçinin yüksək emal imkanlarına malik ölkələrlə əməkdaşlığın genişləndirilməsi planlaşdırılır.

Bəyanatda enerji məhsullarının ixracına yeni məhdudiyyətlərin tətbiq edilməməsinin vacibliyi vurğulanıb. G7 ölkələri digər neft istehsalçılarını da bazardakı vəziyyəti daha da gərginləşdirə biləcək addımlardan çəkinməyə çağırıb.

Beynəlxalq Enerji Agentliyi isə görülən tədbirlərin nəticələrini izləyəcək və ehtiyatların sonradan yenidən bərpa olunması da daxil olmaqla növbəti addımlar barədə hesabat hazırlayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq?

Next Article

Masazırda yağış yolları keçilməz vəziyyətə saldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakcell-in yeni rəhbəri bəlli oldu

Aysel Əlibəyli 08 İyun 2026 · 16:57 1146 baxış Bu gün “Bakcell” şirkəti baş icraçı direktor vəzifəsinə yeni təyinatla bağlı rəsmi açıqlama yayaraq rəhbərlik strukturunda baş verən dəyişiklik barədə ictimaiyyəti məlumatlandırıb. Telekommunikasiya sahəsində 35 ildən […]

Qiymətli Metalların Qiyməti Aşağı Düşdü

Elşən 24 Aprel 2026 · 09:56 1162 baxış Dünya əmtəə bazarlarında qiymətli metalların qiymətində azalma müşahidə olunub. Elpress.az-ın APA-ya istinadən verdiyi məlumata görə, COMEX birjasında qızılın iyun fyuçersləri 0,71% (33,60 dollar) enərək 4 690,40 dollara […]

Nazirlikdən yeni hesabat: nəticələr təqdim olundu

Aysel Əlibəyli 09 İyun 2026 · 12:35 1186 baxış İyunun 9-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Elpress.az “Qafqazinfo”ya istinadən […]