--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

AZAL-ın uçuş sayı üç ildə iki dəfəyə yaxın artıb

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 16:56 1054 baxış

AZAL 2025-ci ildə 35 mindən çox uçuş həyata keçirib

Elpress.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) illik uçuşlarının sayı son üç ildə əhəmiyyətli artım nümayiş etdirib. Şirkət 2022-ci ildə təxminən 18 min uçuş həyata keçirdiyi halda, 2025-ci ildə bu göstərici 35 mini ötüb.Bu barədə Bakı İqlim Həftəsi çərçivəsində keçirilən iqlim maliyyəsi ilə bağlı panel müzakirəsində AZAL-ın ESG məlumatlarının idarə edilməsi üzrə biznes tərəfdaşı Məhəmməd Əliyev məlumat verib.Onun sözlərinə görə, aviasiya sektorunda sərnişin axınının, yeni istiqamətlərin və uçuşların sayının artması ilə paralel olaraq iqlim və emissiyalarla bağlı tələblər də sərtləşir. Karbon məsələsi artıq yalnız ekoloji problem kimi deyil, həmçinin şirkətlərin biznes və maliyyə qərarlarına təsir edən amil kimi qiymətləndirilir.Məhəmməd Əliyev bildirib ki, karbon bazarlarının inkişafı satınalma, yanacaq strategiyası, uçuşların planlaşdırılması və uzunmüddətli investisiya qərarlarına da təsir göstərir. Bununla yanaşı, karbon qiymətlənməsi üzrə vahid qlobal sistem hələ formalaşmayıb və müxtəlif ölkə və regionlarda fərqli yanaşmalar tətbiq olunur.AZAL nümayəndəsi Paris Sazişinin 6-cı maddəsi çərçivəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətinin artdığını da qeyd edib. Bu mexanizm emissiyaların azaldılması nəticələrinin beynəlxalq səviyyədə istifadə edilməsinə imkan yaradır.Karbon kreditləri ilə bağlı yanaşmaların da dəyişdiyi bildirilib. Hazırda kreditlərin yalnız qiyməti deyil, onların növü, tətbiq olunan metodologiya, yoxlama tələbləri və istifadə məqsədləri də əsas meyarlar sırasında yer alır. Aviasiya sektorunda isə bütün karbon kreditlərindən istifadə mümkün deyil və bu istiqamətdə uyğunluq tələbləri müəyyənləşdirilib.Şirkətin 2050-ci ilədək xalis sıfır emissiyaya nail olmaq strategiyasına toxunan Məhəmməd Əliyev əsas istiqamətlərin daha səmərəli təyyarələrin alınması, dayanıqlı aviasiya yanacağından istifadə və uçuşların optimallaşdırılması olduğunu bildirib.Onun sözlərinə görə, yeni nəsil təyyarələrin istifadəsi emissiyaların 15–20 faiz azalmasına şərait yarada bilər. Bundan əlavə, ötən ildən Avropa istiqamətində həyata keçirilən uçuşlarda 2 faiz dayanıqlı aviasiya yanacağından istifadə edilir. Bu göstəricinin 2050-ci ilədək təxminən 30 faizə çatdırılması planlaşdırılır.AZAL rəsmisi vurğulayıb ki, karbon bazarı aviasiyanın dekarbonizasiya strategiyasını əvəz edən mexanizm deyil, ümumi strategiyanın tərkib hissələrindən biridir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“44” filminin premyera tarixi açıqlanıb

Next Article

Azad edilmiş ərazilərdə 168 mina aşkarlanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

AQTA və DMA peşə hazırlığı layihəsini müzakirə edib

Aysel Əlibəyli 28 Avqust 2026 · 13:42 1078 baxış Qida təhlükəsizliyi sahəsi üçün ixtisaslı kadrların hazırlanması ilə bağlı yeni layihə nəzərdən keçirilib Elpress.az xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Dövlət Məşğulluq […]

Bank sektorunda izafi likvidlik 6,3 milyard manata çatıb

Aysel Əlibəyli 23 Sentyabr 2026 · 13:10 1086 baxış İlin əvvəlindən banklardakı struktur likvidlik profisiti 2,2 dəfə artıb Elpress.az xəbər verir ki, Azərbaycan bank sektorunda izafi likvidliyin həcmi əhəmiyyətli dərəcədə artıb.2026-cı ilin avqust ayının sonuna […]

Türk Dövlətləri Təşkilatının Baş katibi bildirib ki, türk ölkələri arasında rəqəmsal inteqrasiyanın gücləndirilməsi əsas strateji hədəflərdən biri sayılır.

Aysel Əlibəyli 15 May 2026 · 16:53 1143 baxış Türk Dövlətləri Təşkilatının Baş katibi bildirir türk ölkələri arasında rəqəmsal inteqrasiyanın gücləndirilməsi əsas strateji hədəflərdən biri sayılır. Elpress.az”-ın Apa.az-a istinadən verdiyi məlumata əsasən, Türküstana ezam olunmuş […]

Azərbaycanın çay ixracı artıb

Aysel Əlibəyli 20 İyul 2026 · 16:55 1142 baxış İlin ilk yarısında Azərbaycanın çay ixracı 24 faizə yaxın artıb Elpress.az xəbər verir ki, Bu ilin yanvar–iyun aylarında Azərbaycandan 437,2 ton çay ixrac edilib. Dövlət Gömrük […]