--:--:-- | 26 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Ödəniş kartları üçün yeni təhlükəsizlik standartları tətbiq olunacaq

Aysel Əlibəyli 03 İyun 2026 · 17:55 1244 baxış

Azərbaycan Mərkəzi Bankı gələn ildən bank və ödəniş təşkilatlarında kart təhlükəsizliyi ilə bağlı məcburi beynəlxalq standartların tətbiqinə başlayacaq.

Elpress.az “Report”a istinadən xəbər verir ki, bu barədə AMB-nin İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıqla mübarizə departamentinin direktoru Elnur Eyvazlı Bakıda keçirilən “Süni İntellekt Əsrində Maliyyə Kibertəhlükəsizliyinin Gələcəyi” adlı tədbirdə məlumat verib.Onun sözlərinə görə, Mərkəzi Bank ödəniş kartlarının təhlükəsizliyinə dair beynəlxalq PCI DSS standartının bütün banklar və ödəniş təşkilatları üçün tətbiqini planlaşdırır.Elnur Eyvazlı bildirib ki, gələn ildən etibarən bu standart üzrə sertifikatlaşdırma yalnız prosessinq mərkəzi olan banklar üçün deyil, prosessinq xidməti olmayan banklar üçün də hər il məcburi xarakter daşıyacaq. Eyni tələblərin ödəniş təşkilatlarına da şamil edilməsi nəzərdə tutulur.AMB rəsmisi qeyd edib ki, əsas məqsəd maliyyə sektorunda təhlükəsizlik səviyyəsini yüksəltmək və sistemin etibarlılığını daha da gücləndirməkdir.O, həmçinin məlumatların keyfiyyətinin artırılması istiqamətində işlərin davam etdiyini vurğulayıb. Bildirib ki, KYC və digər sistemlərə daxil edilən məlumatlarda uyğunsuzluq aşkar olunduqda, məlumatlar müvafiq platformalar vasitəsilə dəqiqləşdirilir və yanlış informasiya təqdim edən tərəfə dərhal bildiriş göndərilir. Bununla da maliyyə sektorunda məlumatların dəqiqliyinin və etibarlılığının təmin edilməsi hədəflənir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan və Aİ Tərəfdaşlıq Prioritetlərini yekunlaşdırıb

Next Article

Nazir beynəlxalq tribunalardan çağırış səsləndirib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Cəlilabadda 9 kəndi birləşdirən yol yenilənir

Aysel Əlibəyli 06 İyul 2026 · 19:08 1162 baxış 7 mindən çox sakinə sevindirici xəbər: Cəlilabadda 18 kilometrlik yol əsaslı şəkildə yenidən qurulur Elpress.az xəbər verir ki, Cəlilabad rayonunda nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən […]

Qızıl və gümüş ucuzlaşıb

Aysel Əlibəyli 18 Avqust 2026 · 11:26 1090 baxış COMEX birjasında hər iki qiymətli metalın dəyərində azalma qeydə alınıb Elpress.az xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qiymətli metalların qiymətləri aşağı düşüb.Ticarət sessiyası zamanı qızılın […]

“Qarabağ KOB-ları” layihəsində yeni təlimlər başa çatıb

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 15:09 1066 baxış 55 nəfər peşə təlimlərini tamamlayaraq sertifikat əldə edib Elpress.az xəbər verir ki, “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb. Təlimlər müxtəlif dövlət və […]