--:--:-- | 29 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Azərbaycan Orta Dəhlizdə mövqeyini gücləndirir

Aysel Əlibəyli 29 İyul 2026 · 11:22 1107 baxış

Deputat Azər Kərimli Azərbaycanın Orta Dəhlizdə strateji əhəmiyyətinin daha da artdığını bildirib.

Elpress.az xəbər verir ki, Milli Məclisin deputatı Azər Kərimli bildirib ki, qlobal logistika sistemində baş verən dəyişikliklər fonunda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) əhəmiyyəti daha da artıb və Azərbaycan bu marşrutun aparıcı iştirakçılarından biri kimi mövqeyini möhkəmləndirir.

Onun sözlərinə görə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, müasir avtomobil yolları, logistika mərkəzləri və rəqəmsal gömrük sistemi kimi infrastruktur layihələri Azərbaycanın regional logistika mərkəzinə çevrilməsində mühüm rol oynayıb.

Deputat qeyd edib ki, Orta Dəhliz təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan strateji əhəmiyyət daşıyır. Azərbaycanın həyata keçirdiyi nəqliyyat siyasəti, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və logistika imkanlarının inkişafı ölkənin Avrasiya məkanında rolunu daha da gücləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda avtobus yük maşınına çırpılıb

Next Article

ADMİU beynəlxalq əməkdaşlığını genişləndirir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Hörmüz boğazından gəmi keçidi kəskin azalıb

Aysel Əlibəyli 19 Sentyabr 2026 · 15:24 1138 baxış BMT: Gündəlik keçidlərin sayı 85-dən 5-ə düşüb Elpress.az xəbər verir ki, Hörmüz boğazından gündəlik gəmi keçidlərinin sayı son aylarda kəskin şəkildə azalıb.BMT-nin İqtisadi və Sosial Məsələlər […]

Fatih Birol: Neft qiymətlərində eniş ehtimalı artır

Aysel Əlibəyli 18 İyun 2026 · 18:50 1152 baxış Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol İran–ABŞ sülh prosesi və qlobal enerji bazarındakı vəziyyətlə bağlı neft qiymətlərinin gələcək dinamikasına dair açıqlama verib. Beynəlxalq Enerji Agentliyinin […]

SOCAR “Günəşli” yatağında 3D seysmik tədqiqatı yekunlaşdırdı

Aysel Əlibəyli 02 Oktyabr 2026 · 10:47 1094 baxış SOCAR Xəzər dənizində yerləşən “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqat layihəsini başa çatdırıb. Elpress.az xəbər verir ki, “Azneft” İstehsalat Birliyinin istismar etdiyi yataqda aparılan […]