--:--:-- | 03 Noyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Hörmüz boğazından gəmi keçidi kəskin azalıb

Aysel Əlibəyli 19 Sentyabr 2026 · 15:24 1144 baxış

BMT: Gündəlik keçidlərin sayı 85-dən 5-ə düşüb

Elpress.az xəbər verir ki, Hörmüz boğazından gündəlik gəmi keçidlərinin sayı son aylarda kəskin şəkildə azalıb.BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin hesabatına əsasən, 2025-ci ildə boğazdan sutkada orta hesabla 85 gəmi keçib. 2026-cı ilin aprel və may aylarında isə bu göstərici birrəqəmli səviyyəyə enib.İyunun sonu və iyulun əvvəlində keçidlərin sayı qısa müddətə gündə təxminən 25-ə yüksəlsə də, iyulun ortalarında yenidən 10-a, sentyabrın əvvəlində isə 5-ə düşüb.Hesabatda qeyd olunur ki, Hörmüz boğazında hərəkətin məhdudlaşması qlobal enerji bazarına ciddi təsir göstərib. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2026-cı ilin mart-iyul aylarında Yaxın Şərqdən enerji təchizatında orta hesabla gündə 10,7 milyon barel azalma qeydə alınıb. Münaqişənin başlanmasından iyulun sonunadək qlobal neft ehtiyatları 410 milyon barel azalıb.Xam neft təchizatındakı çatışmazlıq qlobal neft emalına da təsir edib. İyul ayında neft emalının həcmi ötən ilin eyni ayı ilə müqayisədə sutkada təxminən 5 milyon barel aşağı olub. BMT yanacaq məhsullarının, xüsusilə dizelin qiymətlərinin yüksək olaraq qaldığını və ilin sonunadək bu tendensiyanın davam edə biləcəyini bildirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Həkəri çayında 77 gün əvvəl batan şəxsin meyiti tapılıb

Next Article

Dini malların gömrükdən keçirilməsi qaydası açıqlanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İmişlidə jurnalistlər üçün maarifləndirici təlim keçirilib

Aysel Əlibəyli 30 Oktyabr 2026 · 11:11 1086 baxış Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə İmişli Şəkər Zavodunda jurnalistlər üçün maarifləndirici təlim təşkil olunub. Elpress.az xəbər verir ki, tədbir çərçivəsində media nümayəndələri üçün kənd təsərrüfatı sahəsi […]

Kirayə mənzil mexanizmində yeni qaydalar qüvvəyə minib

Aysel Əlibəyli 21 Oktyabr 2026 · 18:10 1084 baxış Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmindən istifadə şərtləri yenilənib. Oktyabrın 1-dən qüvvəyə minən dəyişikliklər mənzil əldə etmək istəyən vətəndaşların müraciət imkanlarını tənzimləyir, eləcə də mexanizmdə […]

AMB: Valyuta təklifi tələbi üstələyib

Aysel Əlibəyli 23 Sentyabr 2026 · 12:53 1128 baxış 8 ayda nağd xarici valyuta alışının satışını 673 milyon dollar üstələdiyi açıqlanıb Elpress.az xəbər verir ki, 2026-cı ilin ilk 8 ayında Azərbaycanda valyuta bazarında təklif tələbi […]

Azərbaycanın müdafiə xərcləri 1,1 faiz artacaq

Aysel Əlibəyli 16 Sentyabr 2026 · 21:59 1102 baxış 2027-ci ildə müdafiə və milli təhlükəsizlik xərcləri 8,8 milyard manata çatacaq Elpress.az xəbər verir ki, 2027-ci ildə Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərclərinin 8 milyard 816 […]