--:--:-- | 28 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Azərbaycanda tranzit daşımaları rekord həddə çatdı

Aysel Əlibəyli 10 Avqust 2026 · 16:54 1064 baxış

Tranzit yükdaşımalarının həcmi ilin ilk 7 ayında 9,1 milyon tonu keçib

Elpress.az xəbər verir ki, Azərbaycanda tranzit yükdaşımalarının həcmi son beş ilin ən yüksək göstəricisinə çatıb.Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına görə, 2026-cı ilin yanvar-iyul aylarında ölkə ərazisindən 9,1 milyon tondan çox tranzit yük daşınıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz artıb.Tranzit daşımalarında xüsusilə Şərq-Qərb və Şimal-Cənub istiqamətləri üzrə yüksəliş qeydə alınıb. Şərq-Qərb dəhlizində yük həcmi 16,5 faiz, Şimal-Cənub marşrutunda isə 14,3 faiz artıb.Mütəxəssislər bu artımı nəqliyyat infrastrukturunun yenilənməsi, logistika sahəsində aparılan islahatlar, rəqəmsallaşma və beynəlxalq əməkdaşlığın genişlənməsi ilə əlaqələndirirlər.Göstəricilər Azərbaycanın beynəlxalq nəqliyyat marşrutlarında, xüsusilə Orta Dəhliz və Şimal-Cənub istiqamətlərində mövqeyinin və tranzit potensialının gücləndiyini göstərir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Lerik-Lənkəran sərhədində zəlzələ

Next Article

Pezeşkian: Xamenei ilə görüş 7 saat davam edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanın xarici ticarət saldosu 5,2 dəfə artıb

Aysel Əlibəyli 15 Sentyabr 2026 · 15:45 1044 baxış Yanvar-avqust aylarında xarici ticarət dövriyyəsi 33,2 milyard dolları ötüb Elpress.az xəbər verir ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 33 milyard 238,39 milyon ABŞ […]

Azərbaycan enerji xəritəsində strateji güc kimi önə çıxır

Aysel Əlibəyli 11 İyun 2026 · 17:34 1146 baxış Azərbaycanın son üç onillikdə keçdiyi inkişaf yolu ölkənin regional gücdən qlobal əhəmiyyət daşıyan strateji tərəfdaşa çevrildiyini göstərir. Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri siyasi […]

BEA qlobal neft tələbi üzrə proqnozunu aşağı salıb

Aysel Əlibəyli 12 Avqust 2026 · 13:31 1054 baxış Beynəlxalq Enerji Agentliyi 2026-cı ildə neft tələbinin gündəlik 1,6 milyon barel azalacağını gözləyir Elpress.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyi 2026-cı il üzrə dünya üzrə neft […]