Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Ladislau-Marius Vizeri qəbul edib.
Elpress.az xəbər verir ki, oktyabrın 3-də keçirilən görüşdə Azərbaycanda cüdonun inkişafı və Bakıda keçiriləcək dünya çempionatının təşkili ilə bağlı məsələlər müzakirə olunub.
Prezident İlham Əliyev Azərbaycanın artıq ikinci dəfə cüdo üzrə dünya çempionatına ev sahibliyi etdiyini bildirib və yarışın yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib.
Dövlət başçısı cüdonun Azərbaycanda geniş yayılan və ölkəyə çoxsaylı medallar qazandıran idman növlərindən biri olduğunu qeyd edib. O, həmçinin paytaxtla yanaşı, regionlarda yaradılan müasir idman infrastrukturunun uğurların əldə olunmasındakı roluna diqqət çəkib.
Ladislau-Marius Vizer isə qəbul üçün təşəkkürünü bildirib, Azərbaycan cüdoçularının beynəlxalq yarışlardakı nəticələri münasibətilə Prezident İlham Əliyevi təbrik edib.
Görüş zamanı Beynəlxalq Cüdo Federasiyası ilə Azərbaycan Cüdo Federasiyası arasında əməkdaşlığın perspektivləri barədə də fikir mübadiləsi aparılıb.
Sonda Prezident İlham Əliyev Ladislau-Marius Vizerə “Dostluq” ordenini təqdim edib. Vizer bu yüksək təltifə görə minnətdarlığını bildirib.


