--:--:-- | 04 Sentyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Bakıda bəzi yollarda nəqliyyat məhdudlaşdırılacaq

Aysel Əlibəyli 04 Sentyabr 2026 · 13:06 1008 baxış

“IRONMAN 70.3 Baku” yarışı ilə əlaqədar paytaxtda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq olunacaq

Elpress.az xəbər verir ki, Sentyabrın 5-də Bakıda keçiriləcək beynəlxalq triatlon yarışı ilə əlaqədar paytaxtın bir sıra ərazilərində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq ediləcək.Məhdudiyyətlər yarışdan əvvəlki hazırlıq mərhələsində sentyabrın 4-də saat 21:00-dan sentyabrın 5-də saat 04:59-dək, yarışın əsas mərhələsində isə saat 05:00-dan 14:30-dək qüvvədə olacaq.Yarış başa çatdıqdan sonra ərazidə təmizlik və bərpa işlərinin aparılması nəzərdə tutulur. Bu səbəbdən nəqliyyat məhdudiyyətlərinin sentyabrın 5-də saat 14:30-dan 16:00-dək davam etdirilməsi planlaşdırılır.Sürücülərdən və digər hərəkət iştirakçılarından səfərlərini əvvəlcədən planlaşdırmaları, mümkün nəqliyyat sıxlığını nəzərə almaları və alternativ marşrutlardan istifadə etmələri xahiş olunur.Qeyd edək ki, yarışda 62 ölkədən 1500-dən çox iştirakçının iştirakı gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Uitkoff və Kuşner Moskva və Kiyevə səfər edəcəklər

Next Article

Bakının yeni metro stansiyasının adı AÇIQLANDI

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Qarabağ” – “Dinamo” Kiyev oyunlarının hakimləri açıqlandı

Aysel Əlibəyli 01 Avqust 2026 · 09:51 1038 baxış UEFA Konfrans Liqasının III təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Dinamo” (Kiyev) qarşılaşmalarını idarə edəcək hakimlər briqadası müəyyənləşib. Elpress.az xəbər verir ki, avqustun 6-da Polşanın Lublin şəhərində […]

Azərbaycan voleybolçuları Latviyada bürünc medal qazandı

Aysel Əlibəyli 12 İyul 2026 · 21:56 1056 baxış Azərbaycanın 20 yaşadək çimərlik voleybolu üzrə oğlanlardan ibarət komandası Latviyada keçirilən beynəlxalq turnirdə uğurlu çıxış edərək mükafatçılar sırasında yer alıb. Elpress.az xəbər verir ki , Latviyanın […]