--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

“Möminə Xatun” klubunun adı dəyişdirildi

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 14:10 1086 baxış

Naxçıvanın qadın voleybol komandası yeni mövsümdən “Naxçıvan” adı ilə çıxış edəcək

Elpress.az xəbər verir ki, Naxçıvanı qadın voleybolunda təmsil edən “Möminə Xatun” klubunun adı dəyişdirilib. Komanda bundan sonra yarışlarda “Naxçıvan” adı ilə çıxış edəcək.Klub rəhbərliyinin qərarı Naxçıvanda qadın və kişi voleybolunun inkişafı, gələcəkdə hər iki istiqamətin vahid klub bazasında birləşdirilməsi və idarəetmənin daha səmərəli təşkili məqsədilə qəbul olunub.Yeni adın seçilməsində Naxçıvanın idmanda daha geniş tanıdılması, regionda voleybolun kütləviliyinin artırılması və kişi-qadın komandalarının vahid idman brendi altında birləşdirilməsi əsas məqsədlərdən biri olub.Qərar klubun təsisçisi və rəhbərliyi tərəfindən qəbul edilib və Azərbaycan Voleybol Federasiyası tərəfindən razılaşdırılıb. Klub rəhbərliyi hesab edir ki, rebrendinq komandanın həm ölkə daxilində, həm də gələcəkdə beynəlxalq yarışlarda Naxçıvanın vahid idman brendi kimi tanınmasına töhfə verəcək.Bildirilib ki, yeni loqoda Naxçıvanın əsas simvollarından biri olan Möminə Xatun türbəsi və klubun ənənəvi rəngləri qorunacaq.“Naxçıvan” komandası cari mövsümdə tarixində ilk dəfə qadınların Yüksək Liqasında mübarizə aparacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Fransada əmanətlərə vergi təklifi siyasi gərginlik yaradıb

Next Article

Rusiyada ayı hücumları artıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Basketbolçu ilə vidalaşdılar

Aysel Əlibəyli 17 İyul 2026 · 17:37 1118 baxış Azərbaycan klubunda ayrılıq: ABŞ-li basketbolçu ilə yollar ayrıldı Elpress.az xəbər verir ki , Azərbaycanı təmsil edən LANDAU Lions basketbol klubu heyətində növbəti ayrılığı rəsmən açıqlayıb. Klubun […]

“Borussiya Dortmund” futbolçuları Bakıda ayaq tennis oynayıb

Aysel Əlibəyli 20 Oktyabr 2026 · 16:21 1092 baxış Almaniyanın “Borussiya Dortmund” klubunun futbolçuları Bakıda qaldıqları hotelda ayaq tennis oynayaraq vaxt keçiriblər. Elpress.az xəbər verir ki, komandanın oyunçularının hotelda əyləncəli anları əks etdirən görüntülər sosial […]

Elçin Məsiyev UEFA Avropa Liqasının oyununu idarə edəcək

Aysel Əlibəyli 13 Oktyabr 2026 · 15:38 1092 baxış Azərbaycanlı FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının liqa mərhələsinin ikinci turunda hakimlər briqadasına rəhbərlik edəcək. Elpress.az xəbər verir ki, oktyabrın 15-də Sloveniyada keçiriləcək “Selye” – […]

Ersin Destanoğlu BƏƏ klubuna transfer olundu

Aysel Əlibəyli 13 İyul 2026 · 11:35 1112 baxış “Beşiktaş”dan ayrılan qapıçı Ersin Destanoğlu karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək. Elpress.az-ın Apasport.az-a istinadən verdiyi məlumata əsasən, Türkiyənin “Beşiktaş” klubundan ayrılan Ersin Destanoğlu Birləşmiş Ərəb Əmirliklərinin […]