--:--:-- | 10 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

“Beşiktaş”dan səs-küylü transfer: Almaniya millisinin qapıçısı imza atdı

Aysel Əlibəyli 09 İyul 2026 · 01:02 1090 baxış

Türkiyənin “Beşiktaş” klubu transfer çalışmalarını Almaniya millisinin qapıçısı Aleksandr Nübelin heyətə cəlb edilməsi ilə davam etdirib.

Elpress.az xəbər verir ki, İstanbul təmsilçisi 29 yaşlı qolkiperlə 2028/2029-cu il mövsümünün sonunadək nəzərdə tutulan 3 illik müqavilə imzalayıb.

Məlumata əsasən, “Beşiktaş” bu transfer üçün Almaniyanın “Bavariya” klubuna 6,5 milyon avro ödəyəcək. Razılaşmada əlavə olaraq 5 milyon avro məbləğində bonus şərti də yer alıb.

Qeyd edək ki, Aleksandr Nübel 2020-ci ildən “Bavariya”ya məxsus olsa da, bu müddətdə cəmi dörd rəsmi oyunda forma geyinib. Son mövsümlərdə isə o, icarə əsasında Fransanın “Monako” və Almaniyanın “Ştutqart” klublarında çıxış edib.Təcrübəli qapıçı eyni zamanda Almaniya milli komandasının da üzvlərindən biridir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

ABŞ İrana qarşı yeni hərbi əməliyyata başladı

Next Article

Samuxdakı dəhşətli qəzanın təfərrüatı: 3 ölü, 1 yaralının vəziyyəti orta ağırdır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Sabah” “Hapoel”i Tofiq Bəhramov stadionunda qəbul edəcək

Aysel Əlibəyli 12 Avqust 2026 · 13:39 1068 baxış “Sabah”ın Çempionlar Liqasının pley-off mərhələsində ev oyununun keçiriləcəyi stadion bəlli olub Elpress.az xəbər verir ki, “Sabah” futbol klubunun Çempionlar Liqasının pley-off mərhələsində keçirəcəyi ev qarşılaşmasının ünvanı […]

İspaniya dünya çempionu oldu – Argentina finalda məğlub edildi

Aysel Əlibəyli 20 İyul 2026 · 02:09 1118 baxış Elpress.az xəbər verir ki, İspaniya futbol üzrə dünya çempionatının qalibi olub. Final qarşılaşmasında Argentina ilə üz-üzə gələn İspaniya əlavə vaxtda vurduğu qolla rəqibini məğlub edərək tarixində […]

Bədii gimnastika üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək

Aysel Əlibəyli 16 Avqust 2026 · 22:09 1068 baxış Bədii gimnastika üzrə 43-cü Dünya Çempionatı 2027-ci il sentyabrın 15-19-da Azərbaycanda keçiriləcək. Elpress.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.Çempionatın növbəti ev sahibi […]