Millətlər Liqasının qarşılaşmasını Avstriyadan olan hakimlər briqadası idarə edəcək
Elpress.az xəbər verir ki, UEFA Millətlər Liqasının D Liqasında 2-ci qrup üzrə keçiriləcək Azərbaycan-Lixtenşteyn qarşılaşmasının hakimləri müəyyənləşib.Oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşün idarə olunması Avstriya hakimlər briqadasına həvalə edilib.FIFA referisi Kristian Petru Cioçirca matçın baş hakimi olacaq. Ona həmyerliləri Maksimilian Veys və Mihael Obritzberger kömək edəcəklər. Safak Barmaksız dördüncü hakim funksiyasını yerinə yetirəcək.VAR sistemində Manuel Şuettengruber, AVAR-da isə Aleksander Harkam fəaliyyət göstərəcək.Qarşılaşma saat 20:00-da başlayacaq.


