--:--:-- | 28 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Qurban Qurbanov: Hər şey yoluna düşəcək

Aysel Əlibəyli 12 Avqust 2026 · 15:06 1060 baxış

“Qarabağ”ın baş məşqçisi “Dinamo” ilə oyun öncəsi komandanın vəziyyətini dəyərləndirib

Elpress.az xəbər verir, “Qarabağ” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə cavab qarşılaşmasına hazırlaşır.Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında komandanın hazırlığı barədə danışıb. O, futbolçuların qarşılaşmaya hazırlaşmaq üçün bir neçə gün ərzində səmərəli çalışdıqlarını bildirib.İlk görüşdə 0:1 hesabı ilə məğlub olduqlarını xatırladan Qurbanov cavab matçında daha yaxşı nəticə qazanmağa çalışacaqlarını deyib. Baş məşqçi rəqibin müdafiədə yaxşı təşkil olunduğunu və qələbə üçün futbolçuların maksimum güc göstərməli olduğunu vurğulayıb.Qurban Qurbanov ilk oyunda yol verilən fərdi səhvlərin komandanın oyun tempindən və bəzi futbolçuların təcrübəsindən qaynaqlana biləcəyini qeyd edib. O, texniki səhvlərin minimuma endirilməsinin vacibliyini bildirib.“Qarabağ”ın son üç oyunda qol vura bilməməsinə də toxunan mütəxəssis bunun futbol üçün normal hal olduğunu deyib. Onun sözlərinə görə, komanda qol problemini aradan qaldırmaq üçün çalışır və mövcud çətinliklər zamanla həll olunacaq.Qurbanov həmçinin Abdullah Zubirin komandadan ayrılacağı ilə bağlı yayılan iddialara münasibət bildirməyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

ABŞ və İran atəşkəsin uzadılmasına razılaşıb

Next Article

Azərbaycan ABŞ-dan minatəmizləmə dəstəyi gözləyir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Səbail” heyətini yeni futbolçu ilə gücləndirdi

Aysel Əlibəyli 30 İyun 2026 · 18:30 1129 baxış I Liqa təmsilçisi “Səbail” yeni mövsüm hazırlıqları çərçivəsində heyətində dəyişiklik edib. Klub daha bir futbolçu ilə anlaşaraq komandanın oyun imkanlarını artırmaq qərarına gəlib. Elpress.az-ın Apasport.az-a istinadən […]

9 turnirdə 8 məğlubiyyət qeydə alınıb.

Aysel Əlibəyli 14 İyun 2026 · 11:29 1112 baxış Türkiyə milli komandası böyük turnirlərdə yenə də zəif startla yadda qalır və uğursuz başlanğıc seriyası davam etməkdədir ⚽📉 Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Turkey national […]

Misli Premyer Liqasında 2-ci turun oyun cədvəli AÇIQLANDI

Aysel Əlibəyli 16 Avqust 2026 · 21:48 1052 baxış Misli Premyer Liqasında 2026/27 mövsümünün 2-ci turunda keçiriləcək qarşılaşmaların vaxtı və məkanı müəyyənləşib. Elpress.az xəbər verir ki, turun oyunları 22 və 23 avqust tarixlərində baş tutacaq. […]

İkiqat çempionlar azarkeşlərlə görüşdü

Aysel Əlibəyli 11 İyun 2026 · 19:02 1126 baxış Minifutbol üzrə Avropa çempionatında növbəti qələbə ilə vətənə dönən milli komandamızın üzvləri sponsorları ilə birlikdə “Abşeron” Ticarət Mərkəzinin qonağı olublar. İkiqat qitə çempionu olan milli komandamız […]