--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Toy karvanında avtoxuliqanlığa sərt cəza

Aysel Əlibəyli 08 İyun 2026 · 17:05 1158 baxış

Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin həyata keçirdiyi nəzarət və profilaktik tədbirlər nəticəsində toy karvanı zamanı yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri edən “Tofas” və “Mercedes” markalı avtomobillərin sürücüləri — Hüseyn Tağızadə və Zamin Mehdiyev saxlanılıblar. Aparılan araşdırmalar zamanı həmin şəxslərin ictimai qaydanı pozaraq digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaratdıqları müəyyən edilib və onlar barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Araşdırmalar zamanı H.Tağızadənin nəqliyyat vasitəsini idarə edərkən sürücülük hüququ olmadan sükan arxasında olduğu, eyni zamanda onun sərxoş vəziyyətdə hərəkət etdiyi də müəyyən edilib. Hadisə ilə bağlı hər iki sürücü barəsində inzibati xəta protokolları tərtib olunaraq materiallar aidiyyəti üzrə məhkəməyə təqdim edilib.Məhkəmənin çıxardığı qərara əsasən, Hüseyn Tağızadə inzibati qaydada həbs cəzasına məhkum edilib, Zamin Mehdiyev barəsində isə sürücülük hüququnun 1 il müddətinə məhdudlaşdırılması barədə qərar qəbul olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakcell-in yeni rəhbəri bəlli oldu

Next Article

Xaricdə təhsil proqramı üzrə sənəd qəbulu yekunlaşıb, artıq müsahibə mərhələsinə başlanılıb.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Hacıqabulda avtomobil körpüdən aşıb

Aysel Əlibəyli 25 İyul 2026 · 14:22 1102 baxış Hacıqabul rayonunda “Mercedes” markalı avtomobil körpüdən aşaraq yeraltı keçidə düşüb, iki nəfər xəsarət alıb. Elpress.az xəbər verir ki, Hacıqabul rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı–Qazax […]

İsmayıllıda ağır qəza

Aysel Əlibəyli 19 İyul 2026 · 17:09 1124 baxış İsmayıllıda avtomobil və motosiklet toqquşdu, 3 nəfər həlak oldu Elpress.az xəbər verir ki, İsmayıllı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. İlkin məlumata görə, qəza […]

Badamdarda partlayışda xəsarət alan gəncin vəziyyəti ağırdır

Aysel Əlibəyli 16 Sentyabr 2026 · 18:28 1128 baxış Elpress.az xəbər verir ki, Bakının Səbail rayonunun Badamdar qəsəbəsində baş verən partlayış nəticəsində xəsarət alan 20 yaşlı şəxsin vəziyyəti ağır olaraq qiymətləndirilir. TƏBİB-dən verilən məlumata görə, […]