--:--:-- | 04 Noyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Meşə ərazilərinin icarəsi ilə bağlı iki vəzifəli şəxs saxlanılıb

Aysel Əlibəyli 02 Noyabr 2026 · 22:23 1042 baxış

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iki vəzifəli şəxsi meşə ərazilərində torpaq sahələrinin icarəyə verilməsi müqabilində rüşvət almaqda ittiham olunur.

Elpress.az xəbər verir ki, Baş Prokurorluğun məlumatına əsasən, nazirlikdən daxil olmuş müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb və cinayət işi başlanıb.

İstintaqla müəyyən edilib ki, 2025–2026-cı illərdə Meşələrin İnkişafı Xidmətinin 7 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru vəzifəsində çalışmış Fizuli Məmmədov meşəbəyi Vidadi Əsgərovla qabaqcadan əlbir olaraq meşə ərazilərindəki torpaq sahələrinin icarəyə verilməsi üçün müxtəlif məbləğlərdə pul alıb.

Toplanmış sübutlar əsasında hər iki şəxsə Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə Fizuli Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Vidadi Əsgərov isə ev dustaqlığına buraxılıb və vəzifəsindən kənarlaşdırılıb.

Hazırda cinayət işi üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Qanunsuz əməllərin tam dairəsinin müəyyənləşdirilməsi və hadisədə iştirak etmiş digər şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində araşdırmalar aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Sabah”ın Avropa sınağına niderlandlı hakimlər təyinat aldı

Next Article

Sabah bu ərazilərdə elektrik enerjisi kəsiləcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Xəzərdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb, axtarışlar davam edir

Aysel Əlibəyli 22 İyun 2026 · 15:45 1138 baxış Xəzər dənizinin Mərdəkan qəsəbəsi sahilində batan 4 nəfərdən 2-nin meyiti sudan çıxarılıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, dalğıc-xilasedicilərin apardığı axtarışlar nəticəsində 1991-ci il təvəllüdlü Əzimov Namiq […]

Gəncədə ərini avtomobillə vurdu – İDDİA

Aysel Əlibəyli 26 İyul 2026 · 21:24 1122 baxış Gəncədə boşanmaq istəyən ərini avtomobillə vurduğu iddia edilən qadınla bağlı araşdırma aparılır. Elpress.az xəbər verir ki, Gəncədə avtomobillə vurulma hadisəsi baş verib. İlkin məlumata görə, 1983-cü […]