Bakının dörd rayonunda, eləcə də Ağdaş, Yevlax və Mingəçevirin bir sıra yaşayış məntəqələrində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti fasilələr olacaq.
Elpress.az xəbər verir ki, “Azərişıq” ASC-nin məlumatına görə, məhdudiyyətlər noyabrın 3-də müxtəlif saatlarda tətbiq ediləcək.
Bakıda elektrik verilişi dayandırılacaq ünvanlar:
- Yasamal rayonu: Saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Akim Abbasov, Bəsti Bağırova, Cəfər Cabbarlı, Zahid Xəlilov, Zivər bəy Əhmədbəyov küçələrində və Mətbuat prospektinin bir hissəsində.
- Səbail rayonu: Saat 10:00-dan 14:00-dək Badamdar qəsəbəsinin 2-ci yaşayış massivində və Mikayıl Müşfiq küçəsində.
- Binəqədi rayonu: Saat 10:00-dan 13:00-dək Sulutəpə və Xocəsən qəsəbələrinin bəzi hissələrində, saat 10:00-dan 17:00-dək isə 10 May küçəsində və Xırdalan-Binəqədi yolunun aşağı hissəsində.
- Xəzər rayonu: Saat 10:00-dan 16:00-dək Buzovna qəsəbəsinin Albalılıq yaşayış massivində, həmçinin Abşeron, Abbasqulu Abdullayev, Baba Salahov, İzmir, Musa Nağıyev və Məmməd Namazov küçələrinin bəzi hissələrində.
Regionlarda elektrik kəsintisi gözlənilən ərazilər:
- Ağdaş: Saat 10:00-dan 14:00-dək Binələr, Cücük, Davudlu, Gürcüva, Malay, Maşad və Pirəyir kəndlərinin bir hissəsində.
- Yevlax: Saat 10:00-dan 15:00-dək Aşağı Qarxun, Yuxarı Qarxun, Xaldan, Qaraoğlan, Qəribli və Quşçu kəndlərində.
- Mingəçevir: Saat 10:00-dan 15:00-dək 20 Yanvar, Müslüm Maqomayev və Sahil küçələrində.
Təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra elektrik enerjisinin verilişinin əvvəlki qaydada bərpa olunacağı bildirilib.


