--:--:-- | 28 İyun 2026, Bazar
Son Xəbər
Yüklənir...

Dünyada ilk: Həkimlər sağalmaz xəstəlikdən əziyyət çəkən uşağın ölümünə kömək etdi

Aysel Əlibəyli 28 İyun 2026 · 19:06 52 baxış

Niderlandda yeni evtanaziya qaydalarının qüvvəyə minməsindən sonra ölkə tarixində ilk dəfə olaraq 12 yaşından kiçik ölümcül xəstə uşağa evtanaziya tətbiq edilib.

Bu barədə NOS telekanalı səhiyyə naziri Sofi Hermans tərəfindən parlamentə göndərilən məktuba istinadən məlumat yayıb.

Nazirin sözlərinə görə, “ölümcül xəstə” hesab edilən uşaq ötən ilin sonlarında vəfat edib. Uşağın şəxsiyyəti, cinsi, yaşadığı yer və xəstəliyi ilə bağlı məlumatlar açıqlanmayıb.

Elpress.az xəbər verir ki, Səhiyyə naziri bildirib ki, prosedurda iştirak edən tibb işçilərinin qanunvericiliyə uyğun hərəkət edib-etmədiyi parlament tərəfindən araşdırılacaq.

Qeyd edək ki, Niderland 2024-cü ildə qanunvericiliyə dəyişiklik edərək 1 yaşdan 12 yaşadək ölümcül xəstə uşaqlar üçün, valideyn və ya qəyyumun razılığı əsasında, müəyyən hallarda evtanaziyaya icazə verib.

Hökumətin açıqlamasına görə, bu qərar yalnız uşağın dözülməz ağrılar içində olduğu, sağalma ehtimalının qalmadığı və heç bir effektiv müalicə və ya palliativ yardımın nəticə vermədiyi hallarda tətbiq oluna bilər.

Mövcud qaydalara əsasən, hər bir müraciət ciddi tibbi və hüquqi ekspertiza mərhələsindən keçir, bütün hallar isə nəzarət orqanları tərəfindən ayrıca qiymətləndirilir.

Xatırladaq ki, Niderland 2002-ci ildə evtanaziyanı qanuniləşdirən ilk ölkə olub. Hökumət hesab edir ki, yeni qaydalar ildə təxminən 5-10 uşağa şamil edilə bilər və bu prosedur yalnız son çarə kimi nəzərdə tutulub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan XİN-dən Səudiyyə Ərəbistanına hüzn mesajı

Next Article

Güclü yağışdan sonra Qəbələyə sel gəldi – yollar keçilməz vəziyyətə düşdü

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Həftə sonu maşınla kəşf edilən valehedici ada

Aysel Əlibəyli 31 May 2026 · 19:01 62 baxış Mo’orea-ya gələn ziyarətçilərin təxminən üçdə birindən çoxu kruiz gəmiləri ilə səyahət edir, amma adanın sahil xəttini öz ritmində, yavaş-yavaş gəzib araşdıran səyahətçilər daha xüsusi bir təcrübə […]