--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Odessadakı gəmidən 10 azərbaycanlı təxliyə olundu

Aysel Əlibəyli 16 İyul 2026 · 18:01 1088 baxış

Ukraynanın Odessa sahilləri yaxınlığında hücuma məruz qalan “Atlas Bey” mülki ticarət gəmisinin heyətində olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində tədbirlər davam edir.

Elpress.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyulun 14-də hücuma məruz qalan gəminin heyətində olan 10 nəfər Azərbaycan vətəndaşı Moldova üzərindən Türkiyəyə, oradan isə Azərbaycana yola salınıb.

Məlumata görə, gəmi kapitanının axtarışları davam etdirilir. Azərbaycanın Ukraynadakı Səfirliyi bu istiqamətdə Ukraynanın aidiyyəti qurumları ilə birgə zəruri tədbirlər həyata keçirir.

Xarici İşlər Nazirliyi vəziyyəti nəzarətdə saxladığını və proseslə bağlı müvafiq işlərin davam etdirildiyini bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan banklarının öhdəlik reytinqi – İlk beşlik məlum oldu

Next Article

Mariana Vasilevaya yeni vəzifə həvalə olundu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Müəllimi güllələyən şagirdlə bağlı qərar

Aysel Əlibəyli 24 İyul 2026 · 11:41 1090 baxış “İdrak” liseyində müəllimi güllələməkdə təqsirləndirilən şagirdin məhkəməsi qismən qapalı keçiriləcək Elpress.az xəbər verir ki, Bakıda “İdrak” liseyində müəllimi güllələməkdə təqsirləndirilən şagirdin cinayət işi üzrə məhkəmə prosesinin […]

“Kurtlar Vadisi”nin ssenaristləri Kozinoğlu işi üzrə ifadə verib

Aysel Əlibəyli 14 Sentyabr 2026 · 20:31 1110 baxış Serialdakı MİT zabiti obrazının Kaşif Kozinoğlundan ilhamlandığı iddia olunur Elpress.az xəbər verir ki, Türkiyədə keçmiş Milli Kəşfiyyat Təşkilatı (MİT) zabiti Kaşif Kozinoğlunun 2011-ci ildə Silivri həbsxanasında […]

Naxçıvanda avtobus yanıb, alov digər nəqliyyat vasitəsinə keçdi

Aysel Əlibəyli 12 İyul 2026 · 21:40 1132 baxış Naxçıvan şəhərində köhnə avtobusların saxlanıldığı ərazidə baş verən yanğın nəticəsində iki avtobusa ziyan dəyib. Elpress.az Reaksiya.az-a istinadən bildirir ki, Naxçıvan şəhərində avtobusun yanması ilə nəticələnən hadisə […]