--:--:-- | 27 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Tatarıstanda təlim təyyarəsi qəzaya uğrayıb

Aysel Əlibəyli 12 Sentyabr 2026 · 16:18 1070 baxış

“Cessna 172” televiziya qülləsinə çırpılıb, kursant və təlimatçı ölüb

Elpress.az xəbər verir ki, Rusiyanın Tatarıstan Respublikasında yüngül mühərrikli “Cessna 172” tipli təyyarə qəzaya uğrayıb.Hadisə təlim uçuşu zamanı baş verib. Kursant və təlimatçı Vısokaya dağı ərazisindən uçuş həyata keçirərkən təyyarə televiziya qülləsinə çırpılıb.Toqquşmadan sonra təyyarə Şemordan kəndində yerləşən fərdi yaşayış evinin bağçasına düşüb. Qəza nəticəsində təyyarədə olan iki nəfər həyatını itirib.Ölənlərin Kurkaçi aerodromunda fəaliyyət göstərən Tatarıstan Mərkəzi Aeroklubunun üzvləri olduğu bildirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İranın Türkiyə və İraqa uçuşlarında məhdudiyyət olmadığı bildirilib

Next Article

Kreml ABŞ-ın sülh səylərindən nəticə gözləyir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Rusiyadan Azərbaycana iki təqsirləndirilən şəxs ekstradisiya olunub

Aysel Əlibəyli 04 Sentyabr 2026 · 12:33 1080 baxış Hərbi xidmətdən yayınma və dələduzluqda şübhəli bilinən şəxslər Azərbaycana gətirilib Elpress.az xəbər verir ki, Rusiya ərazisində saxlanılan iki Azərbaycan vətəndaşı istintaq tədbirlərinin davam etdirilməsi üçün ölkəyə […]

Bakıda zəncirvari qəza: Yaralıların son durumu məlum oldu

Aysel Əlibəyli 03 İyul 2026 · 17:17 1154 baxış Bakının Nizami rayonunda dörd avtomobilin toqquşması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsində xəsarət alanların sağlamlıq vəziyyəti açıqlanıb. Elpress.az bildirir ki, Bakının Nizami rayonunda dörd avtomobilin iştirakı ilə […]

Salyanda iki avtomobil toqquşdu: ölən və yaralananlar var

Aysel Əlibəyli 25 Avqust 2026 · 22:18 1078 baxış Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Elpress.az xəbər verir ki, qəza köhnə Bakı-Astara magistralının Şorsulu kəndi ərazisindən keçən hissəsində baş verib.İlkin məlumata görə, iki minik […]