Nərimanovda kuryerin mopeddən uzaqlaşmasından istifadə edən 50 yaşlı şübhəli tutulub
Elpress.az xəbər verir ki, Bakının Nərimanov rayonunda mopeddən oğurluq hadisəsi baş verib.Hadisə zamanı bir nəfərə məxsus mopeddən ümumi dəyəri 490 manat olan çanta və müxtəlif əşyalar götürülüb.Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 50 yaşlı İ.Seyidov müəyyən edilərək saxlanılıb.Araşdırma zamanı məlum olub ki, şübhəli şəxs kuryerin sifarişi müştəriyə çatdırmaq üçün mopeddən uzaqlaşdığını görərək əşyaları götürüb.Faktla bağlı araşdırma davam etdirilir.


